Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


Təlim müvəffəqiyyətinin qiymətləndirilməsi



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə104/159
tarix04.03.2022
ölçüsü0,63 Mb.
#53373
növüMühazirə
1   ...   100   101   102   103   104   105   106   107   ...   159
BDU Ali məktəb pedaqogikası mühazirə mətnləri

Təlim müvəffəqiyyətinin qiymətləndirilməsi.  Təlimdə nəzarət, yoxlama mü-
vəffəqiyyətin qiymətləndirilməsi ilə nəticələnir. Qiymətləndirmə təlim prosesini ta-
mamlayan pillədir. O, təlimin səmərə və keyfiyyətini yüksəltməyə, əks əlaqə yarat-
mağa, tələbələrin bilik və bacarıqlarındakı uğurlu və zəif cəhətləri aşkara çıxarmağa
kömək   edir.  Qiymətləndirmə   bir   neçə  funksiyanı  yerinə   yetirir:  nəzarət,   öyrədici,
stimullaşdırıcı, tərbiyə funksiyaları.
Qiymət çox incə bir pedaqoji vasitədir; o, tələbələri həvəsləndirə də bilər, ruh-
dan sala da bilər. Hər şey qiymətin necə verilməsindən, ədalətli olub-olmamasından
asılıdır. Qiymətləndirmə zamanı bəzi şərtləri gözləmək lazımdır:
1) qiymət obyektiv, ədalətli olmalı, tələbənin faktik bilik səviyyəsini düzgün
 
 əks
etdirməlidir. Qiyməti «şişirtmək» və ya «kəsmək», bu zaman əliaçılıq və ya xəsislik
etmək eyni dərəcədə zərərlidir: birinci halda tələbələrdə arxayınçılıq, ikinci halda isə
öz qüvvəsinə inamsızlıq baş verir. Buna yol verməmək üçün qiymətin müvafiq  nor-
malara, meyarlara tam uyğun olmasını təmin etmək lazımdır;
2) verilən qiymət tələbələr tərəfindən dərk olunmalıdır: müəllim qiyməti (rəqəmi)
sadəcə elan etməklə kifayətlənməməli, onu əsaslandırmalıdır. Yəni tələbənin nə üçün
«kafi», «qeyri-kafi», «yaxşı» və «əla» qiymət aldığını sözlə xarakterizə etməlidir.
 
Bu
84


halda tələbə öz nöqsanlarını başa düşər, müəllimi ədalətsizlikdə təqsirləndirməz;
3) qiymətləndirmə zamanı tələbənin təkcə nəyi öyrənməsini deyil, həm də necə
öyrənməsini  — şüurlu, yoxsa mexaniki öyrənməsini, materialı dərk etdiyini, yoxsa
əzbərlədiyini nəzərə almaq lazımdır. Bu, tələbələrin təlimə şüurlu yanaşmalarında,
mühüm   rol  oynayır.  Çünki  tələbələr   müəllimin   sorğu   metodikasına   uyğun  olaraq
təlim materiallarını öyrənir, məşğələdə cavab verməyə hazırlaşırlar.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin