Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə112/159
tarix04.03.2022
ölçüsü0,63 Mb.
#53373
növüMühazirə
1   ...   108   109   110   111   112   113   114   115   ...   159
BDU Ali məktəb pedaqogikası mühazirə mətnləri

Tərbiyənin  xüsusiyyətləri.  Tərbiyə  işi  özünəməxsus   xüsusiyyətlərə   malikdir.
Onun düzgün idarə olunması və yüksək səmərə verməsi üçün həmin xüsusiyyətləri
yaxşı bilmək və tərbiyə işində nəzərə almaq lazımdır. Bu xüsusiyyətlər aşağıdakılardan
ibarətdir:
1. Tərbiyə çoxamilli prosesdir
2. Tərbiyə uzun sürən və fasiləsiz prosesdir.
3. Tərbiyə çoxcəhətli, eyni zamanda bütöv prosesdir.
4. Tərbiyədə xırda məsələ yoxdur; hər bir “xırda” məsələ şəxsiyyətə müəyyən tə-
sir göstərir.
5. Tərbiyə özünütərbiyə və yenidəntərbiyə ilə dialektik vəhdət təşkil edir.
Özünütərbiyə  insanın   özünü   təkmilləşdirmək   üçün   öz   üzərində   şüurlu,   məq-
sədyönlü işləməsi prosesidir. Özünütərbiyənin əsas vasitələrinə özünümüşahidə, özü-
nütəhlil, özünütərbiyə planı və ya proqramının müəyyən edilməsi, özünüinandırma
(özünütəlqin), özünənəzarət, özünəhesabat, özünütərif, özünütənqid, özünüqiymətlən-
dirmə   daxildir.  Gəncləri   özünütərbiyə   vasitələri   ilə   tanış   etmək,   bu   işə   həvəslən-
dirmək lazımdır.
Tərbiyə prosesi, bir qayda olaraq, yenidəntərbiyə ilə müşayiət olunur. Yenidəntər-
biyənin əsas şərtləri mənfi keyfiyyətləri doğuran səbəbləri aradan qaldırmaqdan, insa-
nın   münasibətlər   sistemini   dəyişməkdən,   kollektivin   tərbiyəvi   rolunu   güc-
ləndirməkdən, insanda özünə inam yaratmaqdan, stimullaşdırıcı tərbiyə metodlarına
istinad etməkdən, insanı özünütərbiyə işinə qoşmaqdan ibarətdir. 
Tərbiyə   prosesinin   əsas   mərhələləri.  Tərbiyə   prosesi   aşağıdakı   mərhələlərdə
qurulur:   -   düzgün   davranış   normaları   və   tələbləri   ilə   tanışlıq;   -   həmin   norma   və
tələblərə münasibətin formalaşdırılması: düzgün davranış motivlərinin və arzusunun
aşılanması;   -   ictimai   davranış   normalarına   baxış   və   əqidənin   formalaşdırılması;   -
düzgün davranış təcrübəsinin, adətlərinin yaradılması;  - tərbiyənin özünütərbiyəyə
keçməsi, insanda özünütərbiyə tələbatının yaranması.
89


Tərbiyə prosesi bu mərhələlərlə qurulduqda şəxsiyyətin formalaşması və inki-
şafını planlı və mütəşəkkil qaydada həyata keçirmək mümkündür.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin