Tərbiyə prinsiplərinin səciyyəsi və qarşılıqlı əlaqəsi Tərbiyədə məqsədyönlülük prinsipi. Tərbiyə məqsədyönlü prosesdir: tərbiyə
fəaliyyəti məqsəddən başlayır və onun həyata keçirilməsi ilə tamamlanır. Tərbiyə
işinin məzmunu, vasitə və metodları da məqsədlə müəyyən olunur.
Yaxşı düşünülmüş və planlı həyata keçirilən məqsəd tərbiyə işinə düzgün isti-
qamət verir, tərbiyəçini kortəbii hərəkət etməkdən çəkindirir.
Tərbiyənin həyatla, cəmiyyət quruculuğu ilə əlaqəsi prinsipi. Bu prinsip tər-
biyə işini məktəb divarları arasında, yalnız söz və nəsihətlə yox, həyatla sıx əlaqəli şəkildə aparmağı nəzərdə tutur. Bu halda insan həyatı dərk edir, sosial təcrübə qazanır,
ictimai münasibətləri öyrənir, psixoloji və əməli cəhətdən ictimai həyata hazırlaşır. Cə-
miyyətin iqtisadi, ictimai, sosial, siyasi həyatında iştirak etməklə gənc nəsildə vətən-
daşlıq keyfiyyətləri, özünüdərk meyli formalaşır.