Tərbiyədə yaşauyğunluq prinsipi. Bu prinsip tərbiyə işində insanın yaş xüsu- siyyətlərinə istinad etməyi nəzərdə tutur. İnsanın yaş xüsusiyyətlərinə əsaslanmayan
tərbiyə lazımi səmərə verməz. Məsələn, müəllim gənc oğlana uşaq kimi yanaşaraq
yoldaşlarının yanında onu pərt edir, ona kobud söz deyir, gənc isə müəllimə cavab
qaytarmalı olur.
Yaşauyğunluq prinsipinin tətbiqində bəzi tələbləri nəzərə almaq lazımdır:
- tərbiyə işində hər yaşın xüsusiyyətləri, həyat təcrübəsi, tələbat və maraqları
düzgün nəzərə alınmalıdır;
- yaş artdıqca tərbiyə işinin məzmunu və metodları dəyişməlidir. Gənclərin
müstəqilliyinə və təşəbbüskarlığına şərait yaradılmalıdır, onlarla ünsiyyətdə əmr tonu
yox, xahiş, məsləhət tonu üstünlük təşkil etməlidir.