Tərbiyə işində
cinsi xüsusiyyətləri də nəzərə almaq vacibdir. Eyni xoşagəlməz
hərəkətə yol vermiş oğlan və qıza yanaşma tərzi eyni ola bilməz; bu zaman cinsi
xüsusiyyətlə bağlı məqamları nəzərə almaq lazım gəlir.
Tərbiyədə nikbinlik prinsipi. Bu prinsip insana nikbin nəzərlə yanaşmağı,
onun
qüvvəsinə, gələcəyinə inam bəsləməyi nəzərdə tutur. Bu halda insanda təkmil-
ləşməyə, özünütərbiyəyə həvəs oyanır. Əksinə, insana bədbin nəzərlə yanaşdıqda
onda ruh düşgünlüyü yaranır, öz nöqsanları ilə mübarizə aparmaq əzmi azalır.
Tərbiyəçi insana dəyişməz varlıq kimi baxmamalı, ona
pedaqoji möhür (“Sən-
dən adam çıxmaz”, “Tənbəl”, “Yalançı” və s.) vurmamalıdır. Bu, tərbiyə və yeni-
dəntərbiyə işini çətinləşdirir.
Nikbinlik prinsipi insanın
keçmişinə yox, bu gününə və sabahına baxmağı nə-
zərdə tutur. İnsanın keçmiş qüsurunu üzünə vurmaq onu daha da korlayır, öz səhv-
lərini aradan qaldırmağa mane olur.
Nikbinlik prinsipi insanın
müsbət cəhətlərinə istinad etməklə mənfi cəhətlərini
aradan qaldırmaqda özünü göstərir. Hər bir insanda müsbət cəhətlər vardır.
Tərbiyəçinin vəzifəsi bu müsbət cəhətləri axtarıb tapmaq və onlara əsaslanmaqla
insanın nöqsanlı cəhətlərini aradan qaldırmaqdan ibarətdir.
Dostları ilə paylaş: