Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


Tərbiyədə fərdi və cinsi xüsusiyyətlərin nəzərə alınması prinsipi



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə117/159
tarix04.03.2022
ölçüsü0,63 Mb.
#53373
növüMühazirə
1   ...   113   114   115   116   117   118   119   120   ...   159
BDU Ali məktəb pedaqogikası mühazirə mətnləri

Tərbiyədə fərdi və cinsi xüsusiyyətlərin nəzərə alınması prinsipi. Bu prinsip
tərbiyə işində insanın fərdi və cinsi xüsusiyyətlərini nəzərə almağı tələb edir. Fərdi
xüsusiyyət dedikdə, insanı başqalarından fərqləndirən cəhətlər başa düşülür. İnsanlar
xarakter, temperament, habelə dünyagörüşü, tələbat, maraq və qabiliyyətlərinə görə
bir-birindən fərqlənirlər: biri səbrli, digəri hövsələsiz, biri kollektivçi, digəri fərdiy-
yətçi, biri utancaq, digəri sırtıq olur. Tərbiyə işində bu fərdi xüsusiyyətləri nəzərə al-
madan uğur qazanmaq olmaz. Eyni tərbiyə metodu müxtəlif adamlara müxtəlif təsir
göstərir.
90


Tərbiyə işində  cinsi xüsusiyyətləri  də nəzərə almaq vacibdir. Eyni xoşagəlməz
hərəkətə yol vermiş oğlan və qıza yanaşma tərzi eyni ola bilməz; bu zaman cinsi
xüsusiyyətlə bağlı məqamları nəzərə almaq lazım gəlir.
  Tərbiyədə nikbinlik prinsipi.  Bu prinsip insana nikbin nəzərlə yanaşmağı,
onun qüvvəsinə, gələcəyinə inam bəsləməyi nəzərdə tutur. Bu halda insanda təkmil-
ləşməyə,   özünütərbiyəyə   həvəs   oyanır.  Əksinə,   insana   bədbin   nəzərlə   yanaşdıqda
onda ruh düşgünlüyü yaranır, öz nöqsanları ilə mübarizə aparmaq əzmi azalır.
Tərbiyəçi insana dəyişməz varlıq kimi baxmamalı, ona pedaqoji möhür (“Sən-
dən adam çıxmaz”, “Tənbəl”, “Yalançı” və s.) vurmamalıdır. Bu, tərbiyə və yeni-
dəntərbiyə işini çətinləşdirir.
Nikbinlik prinsipi insanın  keçmişinə yox, bu gününə və sabahına baxmağı  nə-
zərdə tutur. İnsanın keçmiş qüsurunu üzünə vurmaq onu daha da korlayır, öz səhv-
lərini aradan qaldırmağa mane olur. 
Nikbinlik prinsipi insanın  müsbət cəhətlərinə istinad etməklə  mənfi cəhətlərini
aradan   qaldırmaqda   özünü   göstərir.   Hər   bir   insanda   müsbət   cəhətlər   vardır.
Tərbiyəçinin   vəzifəsi   bu   müsbət   cəhətləri   axtarıb   tapmaq   və   onlara   əsaslanmaqla
insanın nöqsanlı cəhətlərini aradan qaldırmaqdan ibarətdir.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin