Tərbiyədə hörmət və tələbkarlığın vəhdəti prinsipi. Bu prinsip insana mü-
nasibətdə ona həm hörmət etməyi, həm də tələb etməyi nəzərdə tutur. Tələbəyə hör-
mət etmək ona bir insan kimi yanaşmaq, qayğı göstərmək, etibar etmək, onun şəxsi
ləyaqət hissini gözləmək deməkdir.
İnsana hörmət etmək heç də ona güzəşt etmək, nöqsanlarına göz yummaq demək
deyildir. Hörmət tələblə sıx bağlıdır: tələbkarlıq insanı nöqsanlardan xilas olmağa
gətirib çıxarır, nöqsanların kök salmasına imkan vermir.
Lakin birtərəfli hörmət və birtərəfli tələb lazımi nəticə vermir: birinci halda in-
san ərköyün, şıltaq, xudbin böyüyür, ikinci halda isə onun xarakterində kobudluq,
sərtlik, laqeydlik kimi mənfi keyfiyyətlər formalaşır. Buna görə də tərbiyədə hörmət və tələbkarlığı birləşdirmək lazımdır: tərbiyədə ana nəvazişi ilə ata tələbkarlığı
uzlaşdıqda daha yaxşı nəticə əldə edilir.
91