Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


Tərbiyədə pedaqoji rəhbərliklə insanın təşəbbüs və özfəaliyyətinin əlaqələn-



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə121/159
tarix04.03.2022
ölçüsü0,63 Mb.
#53373
növüMühazirə
1   ...   117   118   119   120   121   122   123   124   ...   159
BDU Ali məktəb pedaqogikası mühazirə mətnləri

Tərbiyədə pedaqoji rəhbərliklə insanın təşəbbüs və özfəaliyyətinin əlaqələn-
dirilməsi (əməkdaşlıq) prinsipi.  Bu prinsip pedaqoji nəzarətlə insanın sərbəstliyini
əlaqələndirməyi, pedaqoji əməkdaşlığı nəzərdə tutur. Bu sahədə tərbiyə təcrübəsində
iki cür səhvə yol verilir: ya insan tam sərbəst, özbaşına buraxılır, ya da onun hər addı-
92


mına nəzarət edilir, ona daim qəyyumluq göstərilir. Hər iki hal zərərlidir. Birinci halda
insan tam sərbəst olur, öz ağlı ilə hərəkət edir, heç kəslə hesablaşmır. İkinci halda o,
başqalarından (böyüklərdən) asılı olur, heç bir sərbəst addım ata bilmir, aciz və passiv
olur.
Bu  sahədə  orta xətt  götürmək  lazımdır;  insana  müəyyən  sərbəstlik verməklə
yanaşı, ona ağıllı pedaqoji rəhbərlik etmək, düzgün yol göstərmək vacibdir.
Pedaqoji təsirlərin (tələblərin) vahidliyi, sistemliliyi, ardıcıllığı və fasiləsiz-
liyi prinsipi. Bu prinsip insana göstərilən təsirlərdə, tələblərdə vahid mövqedən çıxış
etməyi, ardıcıl olmağı nəzərdə tutur. Tələblərdə vahidlik hamının tərbiyə işinə eyni
tələblə yanaşması deməkdir. Belə olduqda insana müəyyən davranış tərzini aşılamaq,
onda müsbət adətlər yaratmaq asan olur. Vahidlik pozulduqda isə insanı hər hansı
qaydaya alışdırmaq çətinləşir. Məsələn, gecikən tələbəni bir müəllim dərsə buraxır, o
biri buraxmırsa, bu halda onda dəqiqlik, intizam adəti yaratmaq olmur; tələbə ümumi
qaydaya yox, ayrı-ayrı müəllimlərin tələblərinə uyğunlaşır.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin