prinsiplərin qarşılıqlı əlaqədə götürülməsi tərbiyə işini səmərəli qurmağa, onu düzgün
idarə və tənzim etməyə imkan verir. Müəllim insanın fərdi xüsusiyyətlərindən, real şərait
və imkanlardan çıxış edərək tərbiyə prinsiplərini yaradıcılıqla tətbiq etməyə çalışmalıdır.
93
3. Tərbiyə metodları
Tərbiyə metodları anlayışı, onların təsnifatı. “Metod” yunanca məqsədə çatmaq
yolu deməkdir. “Metod” sözü ərəbcə “üsul” sözünün qarşılığıdır. Tərbiyə metodları
qarşıda duran tərbiyə məqsədlərinə nail olmaq üçün istifadə olunan yollara deyilir.
94
|