Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


Əməkdə və ictimai-faydalı işlərdə tərbiyə prinsipi



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə119/159
tarix04.03.2022
ölçüsü0,63 Mb.
#53373
növüMühazirə
1   ...   115   116   117   118   119   120   121   122   ...   159
BDU Ali məktəb pedaqogikası mühazirə mətnləri

Əməkdə və ictimai-faydalı işlərdə tərbiyə prinsipi. İnsanın şəxsiyyət kimi for-
malaşmasında əmək ən yaxşı vasitədir. Şəxsiyyətin tərbiyəsini əmək tərbiyəsi olmadan
həyata   keçirmək   olmaz.  Əmək   tərbiyənin   əsasını   təşkil   edir.   Əmək   insanın  mənəvi
inkişafına güclü təsir göstərir: o, insanda əməksevərlik, məsuliyyət, səliqəlilik, yoldaşlıq,
əmək adamlarına və əmək məhsuluna hörmət və qayğı, xeyirxahlıq kimi müsbət əxlaqi
keyfiyyətlər formalaşdırır, insana əməyin gözəlliyindən doğan estetik hisslər aşılayır.
Şüurla   davranışın   vəhdəti   prinsipi.  Bu   prinsip   tərbiyə   işində   insanın   həm
şüuruna təsir etməyi, həm də onda düzgün davranış təcrübəsi yaratmağı nəzərdə tutur.
İnsan şüurlu məxluqdur; onun davranış və münasibətləri şüurla tənzim olunur.
Ona görə də tərbiyə işində şüura təsir göstərmək, insanda düzgün əxlaqi təsəvvürlər,
inam və əqidə yaratmaq, ona sözlə təsir etmək vacib şərtdir. Lakin tərbiyə işini yalnız
söz, nəsihət üzərində qurmaq olmaz. Sözçülük, nəsihətçilik insanı bezdirir, onda sözə
qarşı laqeydlik yaradır.
Şəxsiyyətin formalaşması o zaman səmərəli olur ki, şüurla davranış arasında
vəhdət yaranmış olsun: insan bildiklərini davranış və rəftarına tətbiq etsin;  düzgün
davranış təcrübəsi  və müsbət adətlərə yiyələnsin. Məsələn, Vətən haqqında şerlər
əzbərlətməklə, söhbətlər aparmaqla insanda vətənpərvərlik hissi yaratmaq olmaz; on-
da habelə Vətən naminə çalışmaq, onu qorumağa hazır olmaq əzmi və bacarıqları
formalaşdırmaq vacibdir.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin