Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə137/159
tarix04.03.2022
ölçüsü0,63 Mb.
#53373
növüMühazirə
1   ...   133   134   135   136   137   138   139   140   ...   159
BDU Ali məktəb pedaqogikası mühazirə mətnləri

İdeya-mənəvi tərbiyə.  İdeya-mənəvi tərbiyə ahəngdar inkişaf etmiş şəxsiyyət
tərbiyəsinin əsas istiqamətini təşkil edir. İdeya-mənəvi tərbiyənin nəzəri əsasını dia-
lektik materializm təlimi, mütərəqqi bəşəri və milli ideyalar, sosial-əxlaqi normalar
təşkil edir.
İdeya-mənəvi tərbiyənin psixoloji əsası kimi bilik, əqidə, hiss və əməli fəaliyyə-
tin vəhdəti prinsipi çıxış edir. Ağılla və ürəklə dərk olunmuş ideyalar insanın davranış
və fəaliyyət motivinə çevrilir, siyasi və ictimai fəallığını artırır. Gənc qəlbdə mənəvi
gözəlliyə, yüksək ideyaya heyranlıq, əxlaqi igidlik qarşısında təəccüb, iftixar hissləri
yarandıqda siyasi və əxlaqi ideyalar insanın inamına, əqidəsinə daha tez çevrilir, onda
həmin  ideyalarla yaşamaq  arzusu və həvəsi doğurur. K.D.Uşinskinin  dediyi kimi,
insanın xarakteri gənclik alovunda yaranır. Çalışmaq lazımdır ki, gənclərin qəlbində
əxlaqi nəciblikdən doğan alov həmişə yansın, onları xeyirin təntənəsinə, şərə qarşı
mübarizəyə yönəltsin. 
İdeya-mənəvi tərbiyə qarşısında bir sıra vəzifələr durur:
- gənc nəsli yüksək ideyalılıq və siyasi şüurluluq, habelə xalqımızın inqilabi,
döyüş və əmək ənənələri ruhunda tərbiyə etmək; - gəncləri mütərəqqi bəşəri və milli
ideyalar, siyasi normalar və münasibətlər haqqında təsəvvürlərlə, biliklərlə silahlan-
dırmaq; - böyüyən nəslin ictimai-siyasi fəallığını artırmaq, bunun üçün zəruri bacarıq
və vərdişlər aşılamaq.
İdeya-mənəvi tərbiyə işi ilk növbədə təlim prosesində həyata keçirilir. Ayrı-ayrı
fənlərin  tədrisində  ictimai-siyasi   baxışlar,  ideya  inamı   formalaşdırmaq  üçün  geniş
imkanlar vardır. Müəllim bu imkanlardan istifadə edib gənclərdə  ideya-siyasi təsəv-
104


vür və anlayışlar, siyasi şüur və mövqe, ictimai və siyasi həyat hadisələrinə şəxsi
münasibət formalaşdırmağa çalışmalıdır.
İdeya-mənəvi tərbiyənin mühüm bir istiqaməti gənclərin  ictimai-siyasi fəaliy-
yətini təşkil etməkdən ibarətdir.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin