Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə31/159
tarix04.03.2022
ölçüsü0,63 Mb.
#53373
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   ...   159
BDU Ali məktəb pedaqogikası mühazirə mətnləri

Tərbiyedici funksiya bütün vasitələrlə – təhsilin məzmunu, təşkili prosesi, me-
tod və priyomlarla tələbələrdə mütəxəssis üçün zəruri olan fərdi və peşə keyfiyyət-
lərinin formalaşmasına, onların yetkin şəxsiyyət kimi inkişafına kömək göstərməkdə
ifadə olunur. Ali məktəb müəllimi hansı elmi tədris etməsindən asılı olmayaraq hər
şeydən əvvəl, tərbiyəçidir.   
Ən başlıcası isə, ali məktəb müəllimi, bir ziyalı kimi, öz şəxsiyyəti ilə tələbələr
üçün  tərbiyə nümunəsi olmalıdır, çünki şəxsiyyət – şəxsiyyətlə, vicdan – vicdanla,
inam – inamla, düzlük – düzlüklə tərbiyə olunur.
Tərbiyə funksiyası bir çox vasitələrlə, o cümlədən müəllim-tələbə münasibətlə-
rinin düzgün qurulması yolu ilə reallaşır. Müəllim tələbəni bir şəxsiyyət kimi qəbul
etməli,   onunla   şəxsiyyət   kimi   rəftar   etməli,   onda  şəxsi   ləyaqət,   özünəhörmət
hisslərini formalaşdırmağa, onu özünətərbiyəyə cəlb etməyə çalışmalıdır. Əsl tərbiyə
– insanı özünütərbiyəyə sövq etməkdir.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin