Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


Ünsiyyət (kommunikativ) qabiliyyətləri



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə39/159
tarix04.03.2022
ölçüsü0,63 Mb.
#53373
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   ...   159
BDU Ali məktəb pedaqogikası mühazirə mətnləri

Ünsiyyət (kommunikativ) qabiliyyətləri  – adamlarla qarşılıqlı münasibət ya-
39


ratmaq bacarığında ifadə olunur. Bu bacarıqlara yiyələnmiş müəllimlər tələbələrlə
düzgün ünsiyyət yarada bilir, tələbələrin və həmkarlarının hörmətini qazanır, təlim-
tərbiyə işində yüksək nəticələr əldə edirlər.
Ünsiyyət prosesində insanın başqa adamları qavraması və onlara münasibinin
xarakteri  bir çox amillərlə  bağlıdır. Aparıcı amillər kimi şəxsiyyətin dünyagörüşü,
əqidə və baxışları, tələbatlarının xarakteri və onların təmin olunması vəziyyəti, başqa
adamların onun üçün subyektiv əhəmiyyət kəsb etməsi (onun hansısa maraqlarının
ödənilməsində iştirakı) mühüm rol oynayır. Bu amillərdən, xüsusən tələbatların təmin
edilməsi vəziyyətindən asılı olaraq insan başqa adamlara fərqli (neqativ və pozitiv,
kəskin və sakit) münasibət göstərir. Neqativ şəxsiyyət tipli adamlarda sərtlik, kobud-
luq, kinlilik, qapalılıq və s. bu kimi keyfiyyətlər dominantlıq təşkil edir. Onlar başqa
adamlara, necə deyərlər, “qara eynəklə” baxır, onları mənfi planda qavrayır və onlara
mənfi emosional münasibət bəsləyirlər. Xeyirxah, həssas, səmimi, vicdanlı adamlarda
isə pozitiv tipli kommunikativ özək formalaşır. Belələri adamlara, “yaşıl eynəklə”
baxır, onları müsbət planda qavrayır və onlara müsbət emosional münasibət bəslə-
yirlər.
Neqativ   və   pozitiv   ünsiyyət   tipləri  müəllimlər   içərisində   də   özünü   göstərir.
Xəstəliyi üzündən fərdi iş üçün tapşırığı yerinə yetirməyən tələbəyə müəllimlərdən
biri deyir: “Xəstəliyinin mənə dəxli yoxdur, tapşırığı sabah mütləq gətir, yoxsa sıfır
(0) bal yazacağam”. Digər müəllim isə başqa mövqedən çıxış edir: “Xəstələnib tap-
şırığı yerinə yetirmədiyin üçün çox heyfslənirəm. Amma imkan olanda tapşırığı ye-
rinə yetirərsən. Ehtiyac olsa, məndən məsləhət ala bilərsən”. Göründüyü kimi, iki
müəllim eyni vəziyyətə çox fərqli münasibət  bildirir: birinci halda neqativ, ikinci
halda isə pozitiv ünsiyyət tipi özünü göstərir. Birinci müəllim tələbəyə sadəcə tərbiyə
obyekti kimi baxırsa, ikinci müəllim ona tərbiyənin fəal subyekti kimi yanaşır, insanı
ali dəyər kimi qiymətləndirir və ona bu cür də münasibət göstərir. Hər bir müəllim
özündə və tələbələrində insana münasibətdə  humanist  kommunikativ  özək forma-
laşdırmağa   çalışmalıdır.  Belə   olduqda   müəllim   tələbələrlə   normal   ünsiyyət   qurur,
onun nüfuzu da yüksəlir.
40


Ünsiyyət qabiliyyətləri içərisində pedaqoji takt mühüm yer tutur. Pedaqoji takt
– müəllimin tələbəyə səmərəli təsir vasitələrini tapıb tətbiq etməsi, bu zaman müəy-
yən ölçü hissi gözləməklə düzgün ünsiyyət qurması bacarığıdır. Pedaqoji takt ün-
siyyətdə müəyyən hədd göstərməkdə, həddi aşmamaqda, “qızıl orta xətt” tapmaqda
ifadə   olunur.   Ünsiyyət   prosesində  həddi   aşmaq,   israfçılıq   əks   nəticələrə   gətirib
çıxarır:   hədsiz   tələbkarlıq   itaətsizlik   doğurur,   hədsiz   yumşaqlıq   saymazyanalığa
səbəb olur, hədsiz tənqid insanın heysiyyatına toxunur, onda özünümüdafiə meyli və
etiraz doğurur. 
Pedaqoji   takt   yaranmış  çətin   situasiyadan   ustalıqla   çıxmaq   bacarığında  da
özünü   göstərir.  Bəzən   yaranmış   vəziyyətdən   çıxmaq   üçün   müəllim  neqativ-mənfi
yönəlişliyi (ustanovkanı) pozitiv-müsbət  yönəlişliklə əvəz etməyə  çalışır. Tələbə söhbət
etməklə mühazirəyə mane olur. Bu zaman müəllim özündə yaranmış mənfi emosiyanı
(qışqırıq, hədə, cəza, tənqid) müsbət emosiya (yumor, zarafat, istehza) ilə əvəz etməklə
gərginliyin, əsəbiliyin, münaqişənin qarşısını alır (“Cavan oğlan, görünür ürəyin sözlə
doludur, söhbətin bir hissəsini tənəffüsə saxla”, “Deyəsən, bu gün sənin çayına dilotu
qatıblar”).
Pedaqoji takta malik müəllim tənqidə çox yer vermir, çünki tərif və mehribanlıq
şəraitində insan tənqid şəraitində olduğundan daha yaxşı çalışır
Ünsiyyət qabiliyyətləri təşkilatçılıq qabiliyyətləri ilə sıx bağlıdır.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin