ratmaq bacarığı və s. daxildir. Müəllimin ən başlıca keyfiyyəti
öz elmini dərindən bil-
məsi və sevməsidir.
Təcrübə göstərir ki, sevilən fənn bir neçə dəfə tez və möhkəm mənimsənilir. Tə-
ləbələrin əksəriyyətinin ümumi rəyinə görə, öz elmini dərindən bilən, sevən və böyük
həvəslə tələbələrə öyrədən müəllimlərə – nüfuzlu alimlərə məşğələlərdə “bilmirəm” de-
məyə adam utanır.
Pedaqoji peşəkarlıq müəllimdən bir sıra
peşə keyfiyyətləri tələb edir:
Ünsiyyətçilik – tələbənin daxili aləminə nüfuz etməyə imkan verir;
Özünü ələ almaq bacarığı – müəllimə öz hisslərini idarə etməyə, özünə nəzarət
etməyə imkan verir;
Təkidlilik – qarşıya
qoyulmuş məqsədə çatmağa, prinsipial olmağa kömək edir;
Qarşılıqlı anlaşma – müəllim və tələbə bir-birini başa düşməyəndə ünsiyyətdə
soyuqluq, bəzən də münaqişə yaranır;
Qayğıkeşlik – gənclərin qəlbinə qayğı ilə yanaşdıqca onlar tərbiyəçi üçün açıq
olur; yalnız özünü sevər eqoist müəllim yaxşı tərbiyəçi ola bilməz;
Nikbinlik və yumor hissi –
kollektivdə nikbin, şən ovqat yaratmağa imkan verir.
Bu keyfiyyətlərlə yanaşı peşəkar müəllim yeni pedaqoji təfəkkürə yiyələnməli,
idrak və praktik məsələlərin həllinə yaradıcı şəkildə yanaşmağı bacarmalıdır, tələbə-
lərdə müstəqil, tənqidi, yaradıcı, dialektik təfəkkürün inkişafı qeydinə qalmalıdır.
3.
Müəllimin şəxsi-mənəvi keyfiyyətləri. Buraya ədalətlilik, xeyirxahlıq, huma-
nizm, düzlük, doğruçuluq, sadəlik, təvazökarlıq, vicdanlılıq, məsuliyyətlilik, mədəni-
lik, pedaqoji etika və b. keyfiyyətlər daxildir. Müəllimin şəxsi keyfiyyətləri onun tə-
lim-tərbiyə işinə təsirsiz qalmır. Yaxşı müəllim, hər şeydən əvvəl, yaxşı tərbiyəçidir,
nəcib, alicənab, mədəni insandır.
Müəllimlik humanist peşədir.
Tərbiyənin məqsədi – insanlıq, vasitəsi isə - insa-
na qayğı, hörmət və sevgidir. Humanizm xeyirxahlıqla, ədalətliliklə, tələbkarlıqla
vəhdət təşkil edir.
Ədalət – pedaqoji mədəniyyətin əsasıdır: “Ədalət insan qəlbini nə-
cibləşdirir, ədalətsizlik isə kobudlaşdırır, qəddarlıq doğurur” (V.A.Suxomlinski).
Buna
görə də ədalət ruhu hər sahədə, xüsusın pedaqoji işdə hakim olmalıdır.
43
Müəllim
əxlaqi saflıq nümunəsi olmalıdır, çünki bunsuz tərbiyəçi kimi fəaliyyət
göstərməyə onun mənəvi haqqı çatmaz. Əxlaqi cəhətdən səbatsız insana gənc nəslin
tərbiyəsi kimi çox məsuliyyətli işi tapşırmaq olmaz, çünki müəllim özündə olmayan
keyfiyyətləri başqalarına verə bilməz. Buna görə də
müəllim tərbiyə işinə özündən
başlamalı, müntəzəm olaraq özünütərbiyə ilə məşğul olmalıdır. Müəllim yüksək mə-
dəniyyəti və mənəviyyatı ilə gəncləri nəcib şəxsiyyətlər kimi yetişdirə bilər. O, özün-
də zahiri və daxili mədəniyyəti, müsbət əxlaqi keyfiyyətləri (düzlük, doğruçuluq,
sadəlik, xeyirxahlıq və b.) cəmləşdirməli, kamil şəxsiyyət olmalıdır.
4.
Müəllimin iradi-emosional keyfiyyətləri.
Pedaqoji fəaliyyətin və ünsiyyətin
səmərəsi müəllimin iradi-emosional keyfiyyətlərindən də çox asılıdır. Müəllim ira-
dəli, səbrli, təmkinli olmalı,
öz hissi-emosional halını idarə etməyi bacarmalıdır.
Müxtəlif xarakterli, müxtəlif səviyyəli tələbələrlə işləmək nə qədər çətin olsa da
müəllim öz hisslərinə, danışığına, hərəkətlərinə nəzarət etməli, hər şeydən ötrü əsəbi-
ləşib özündən çıxmamalıdır. Əsəbilik, hay-küy, qışqırıq, hədə-qorxu, cəza müəllimin
pedaqoji səriştəsizliyinin göstəricisidir: qışqırıq, hay-küy olan yerdə kobudluq,
anlaşılmazlıq, emosional gönüqalınlıq olur. Kobudluq kobudluq doğurur.
Müəllim üçün vacib keyfiyyətlərdən biri də tələbələr yanında
nüfuza malik olma-
sıdır. Dərin bilik, mədənilik və mənəviyyat nümunəsi olan müəllimin
nüfuzu da yüksək
olur. Nüfuzu qazanmaq çətin, itirmək isə asandır: yersiz hərəkət, ədalətsiz münasibət,
ehtiyatsız söz müəllimi nüfuzdan sala bilər. Buna görə də hər bir müəllim sözlərinə və
hərəkətlərinə məsuliyyətlə yanaşmalı, öz nüfuzunun keşiyində durmalıdır.
Dostları ilə paylaş: