Didaktik qabiliyyətlər – müəllimin öyrətmək məharətidir. Bəzən müəllimin
yüksək elmi səviyyəsi olsa da, öyrətməyi bacarmır.
Didaktik qabiliyyətə malik olan müəllim isə elmi bilikləri daha yaxşı çatdırır,
mövzunu tələbələrin başa düşəcəkləri şəkildə, onların səviyyəsinə müvafiq tərzdə
izah edir, fikirlərin sadə, aydın, anlaşıqlı olmasına çalışır.
Didaktik qabiliyyətlərə yiyələnmək üçün müəllim pedaqoji-psixoloji hazırlığını
artırmalı, qabaqcıl pedaqoji təcrübəyə yiyələnməli, həmkarlarının dərslərində olmalı,
yaxşı cəhətləri götürüb onlardan yaradıcı şəkildə istifadə etməyə çalışmalıdır.