Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


 Təlim prosesinin mahiyyəti, hərəkətverici qüvvələri



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə45/159
tarix04.03.2022
ölçüsü0,63 Mb.
#53373
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   ...   159
BDU Ali məktəb pedaqogikası mühazirə mətnləri

2. Təlim prosesinin mahiyyəti, hərəkətverici qüvvələri
funksiyaları və quruluşu
Təlim prosesi öyrədən və öyrənənlərin qarşılıqlı fəaliyyəti olub, onun mərkə-
zində tələbənin formalaşmaqda olan şəxsiyyəti, idrak fəaliyyəti durur. 
Təlim prosesinin inkişafının əsas hərəkətverici qüvvəsini ziddiyyətlər və onların
həlli  təşkil edir. Bu prosesdə həm xarici, həm də daxili ziddiyyətlər özünü göstərir.
Əsas xarici ziddiyyət  cəmiyyətin tələbləri ilə təlim prosesinin səviyyəsi arasındakı
ziddiyyətdir.
Təlim prosesində tələbələrin zehni inkişafında daxili ziddiyyətlər də mühüm rol
oynayır. Əsas daxili ziddiyyət tələbələrin idrak tələbatları ilə mövcud imkanları (bilik
və   bacarıq   səviyyəsi)  arasındakı   ziddiyyətdir.   Tələbə   özünü   düşündürən   suallara
cavab tapmaq, yeni bilikləri mənimsəmək istəyir. Tələbə bütün imkanlarını (biliyini,
bacarığını,   iradi   səyini,   psixi   qüvvələrini)   səfərbərliyə   alaraq   çətinlikləri   aradan
49


qaldırır, tələbatını ödəyir – yeni biliyə yiyələnir. Deməli,  ziddiyyət aradan qalxır.
Ziddiyyətlərin həlli, bir tərəfdən, tələbənin zehni, psixi və mənəvi inkişafına kömək
edir, digər tərəfdən isə təlim prosesini daha səmərəli qurmağa, təlimin məzmununu,
metod   və   formalarını   təkmilləşdirməyə,   təlimin   funksiyalarını   uğurla   yerinə
yetirməyə imkan verir.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin