Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə42/159
tarix04.03.2022
ölçüsü0,63 Mb.
#53373
növüMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   ...   159
BDU Ali məktəb pedaqogikası mühazirə mətnləri

Müəllimin pedaqoji ustalığı
Müəllimin pedaqoji ustalığı – az qüvvə və vaxt sərf etməklə səmərəli nəticələrə
nail olmaq bacarığıdır. Bu bacarığa yiyələnən müəllim təlim-tərbiyə işini düzgün qur-
maqla yüksək nəticələr qazanır, tələbələrlə yaxşı ünsiyyət yaradır, böyük hörmət və
nüfuz   sahibi   olur.  Pedaqoji   ustalıq   müəllimin   fəaliyyətinin   humanist   istiqamətlili-
yinin, pedaqoji bilik və qabiliyyətlərinin, habelə pedaqoji texnikasının məcmusudur.
Pedaqoji ustalığın bu ünsürlərini ayrılıqda nəzərdən keçirək.
44


1) Müəllim şəxsiyyətinin humanist istiqaməti – pedaqoji fəaliyyətin və ustalığın
əsasını təşkil edir. Buraya müəllimin idealları, maraqları, sərvət meylləri, dünyagörü-
şü, pedaqoji fəaliyyətə və tələbəyə baxışları və s. daxildir. Humanist istiqamət gün-
dəlik konkret vəzifələrin həllində müəllimin düzgün mövqe tutmasına, məqsədəuy-
ğun şəkildə fəaliyyət göstərməsinə, tələbələrlə normal ünsiyyət qurmasına, pedaqoji
fəaliyyətin strategiya və taktikasını düzgün müəyyənləşdirməsinə kömək göstərir.
2)  Pedaqoji peşə bilikləri  – müəllimin ustalığının vacib şərtdir. Elmi-pedaqoji
biliklərə mükəmməl yiyələnmədən, nəzəri bilikləri təcrübəyə tətbiq etmədən  ustad
müəllim olmaq mümkün deyildir. Eyni pedaqoji təhsilə və staja malik olan iki müəlli-
min pedaqoji fəaliyyətdə müxtəlif nəticələr əldə etməsi, ilk növbədə, onların nəzəri
hazırlığı və pedaqoji ustalığı ilə izah olunur.
Müəllim psixoloji biliklərə də yiyələnməli, yaxşı psixoloq olmalıdır. Pedaqogika
və psixologiyanı yaxşı bilməyən müəllim, K.D.Uşinskinin sözləri ilə desək, lazımi
tibbi hazırlığı olmayan ara həkiminə bənzəyir.
3) Pedaqoji ustalığın mühüm bir ünsürünü pedaqoji-peşə qabiliyyətləri təşkil edir.
Müəllim əvvəlki bölmədə nəzərdən keçirilən peşə qabiliyyətlərinə – akademik, didaktik,
konstruktiv, ünsiyyət, təşkilatçılıq, perseptiv və b. qabiliyyətlərə mükəmməl yiyələndiyi
zaman ustad pedaqoq sayıla bilər. Bu qabiliyyətlər ayrılıqda yox, qarşılıqlı vəhdətdə,
kompleks halında tətbiq olunduqda yüksək nəticələr əldə etmək mümkündür. 
4) Müəllimin pedaqoji ustalığının daha vacib bir ünsürünü  pedaqoji texnika
təşkil edir. Pedaqoji texnika müəllimin davranışının zahiri forması olub, bir sıra baca-
rıqlarda ifadə olunur: müəllimin zahiri görünüşü, özünü idarə etməsi, emosional və-
ziyyəti, nitq texnikası və s.
Müəllimin zahiri görkəmi  estetik və pedaqoji tələblərə cavab verməlidir: onun
geyimi, saçı səliqəli, qadın müəllimlərin istifadə etdikləri bəzək əşyaları və kosmetik
vasitələr müəyyən hədd çərçivəsində olmalıdır. Müəllimin zahiri görkəminin estetik
təsiri onun sifət ifadəsində, yerişində, oturuşu və duruşunda, baxışında, jestlərində
yəni davranışın hər bir xırdalığında öz əksini tapmalıdır. Davranışın bu xırda detalları
tələbələrdə müəllimin sakit, təmkinli, mehriban, inamlı bir şəxsiyyət olması haqda tə-
45


səvvür yaratmalıdır. Müəllimin stola yayılmış oturuşu, yerə dikilmiş başı, süst qolları,
laqeyd baxışları onun daxilən zəifliyini, özünə inamsızlığını göstərir.
Müəllimin mimikası, jestləri  danışığın məzmununa uyğun olmalı, informasiya-
nın emosional təsirini artırmağa xidmət etməlidir: xoş bir məsələdən danışanda müəl-
limin sifəti də xoş ifadə almalı, gözləri “gülməli”, səsi mülayim olmalıdır. Ciddi bir
məsələdən gülümsəyərək danışmaq olmaz. 
Pedaqoji texnika müəllimin öz emosiyalarını, əhvalını idarə etmək bacarığında
da ifadə olunur. Müəllim şən və nikbin olmalı, yeri gəldikcə zarafat etməyi bacarmalı,
yumor   hissinə   malik   olmalıdır.   Müxtəlif   vəziyyətlərdə   (məşğələdə,   ünsiyyət   pro-
sesində, sevinc və kədərli hallarda, əsəbi vəziyyətdə) müəllimin öz emosional halını
idarə etməsi vacib şərtdir. Buna görə də müəllim daim özünə nəzarət etməli, özünü
ələ almağa çalışmalıdır.
Pedaqoji ustalığın nəzərdən keçirilən ünsürləri bir-birilə qarşılıqlı vəhdət təşkil
edir. Belə ustalığa nail olmaq üçün müəllim öz fəaliyyətini humanist istiqamətdə qur-
malı, pedaqoji peşə biliklərinə və qabiliyyətlərinə, pedaqoji texnikaya yiyələnməlidir.
Pedaqoji ustalıq hazır verilmir; müəllim öz üzərində müntəzəm,  sistemli  və məq-
sədyönlü şəkildə işləməklə ona yiyələnə bilər. A.S.Makarenkonun təbirincə desək,
həkimlərə, musiqiçilərə müvafiq peşə bacarıqları, ustalıq öyrədildiyi kimi, gələcək
müəllimlərə də pedaqoji ustalığı öyrətmək – xüsusi kurs keçmək lazımdır.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin