Təhsil proqramı (kurikulum) təhsil proqramı dövlət təhsil standartlarına uyğun
ayrı-ayrı təhsil pillələri üzrə təhsiln son nəticələrini, məzmununu və mənimsənilmə
qaydalarını müəyyən edir. Azərbaycanda o, rəsmi sənəd kimi 30 oktyabr 2006-cı
ildən Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikasında ümumi təhsilin
konsepsiyası (Milli kurikulumu)” çərçivə sənədi kimi qəbul edilmişdir.
Kurikulumun əsas komponentlərini məzmun standartları təşkil edir. Bu stan-
dartlar hər fənn üzrə veriləcək bilik, bacarıq və vərdişləri (nəyi bilməli? nəyi bacar-
malı?) özündə əks etdirir.
Kurikulumda təhsilin məzmunu ilə yanaşı onun mənimsənilməsi texnologiyası da
(təlimin vasitələri, metod və formaları, nəticələrin qiymətləndirilməsi) öz əksini tapır.
Bununla da o, tədris proqramlarindan fərqlənir.
Təhsil kurikulumları xaraktercə müxtəlif növlərdə olur: fənyönümlü, şəxsiyyət-
yönümlü, nəticəyönümlü və s. kurikulumlar.