Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə71/159
tarix04.03.2022
ölçüsü0,63 Mb.
#53373
növüMühazirə
1   ...   67   68   69   70   71   72   73   74   ...   159
BDU Ali məktəb pedaqogikası mühazirə mətnləri

Dərsliklər və dərs vəsaitləri. Dərslik – tədris proqramı əsasında və ona müvafiq
tərtib edilən sənəddir: proqramda göstərilən mövzular dərslikdə açılır, elmi biliklər
tələbələrin səviyyəsinə, təlim prinsiplərinə uyğun olaraq şərh edilir. 
Dərslik tərtibində iki cəhət diqqət mərkəzində durmalıdır: məqsədin qoyuluşu –
tələbələrdə öyrənmə motivi yaradılması (I ünsür); elmi biliklərin məzmununun di-
59


daktik cəhətdən işlənməsi (II ünsür). Bu vəzifələri ödəmək baxımından dərsliyin dörd
tipi ayırd edilir: a) didaktik tip (hər iki ünsür nəzərə alınır); b) doğmatik tip (I ünsür
çatmır); c) deklarativ tip (II ünsür çatmır); ç) monoqrafik tip ( hər iki ünsür çatmır).
Bunlardan I tip ən səmərəli, II və III tip qeyri-səmərəli, IV tip isə tam yararsız dərslik
tipi hesab olunur. 
Dərslik müəyyən tələblərə cavab verməlidir:
- proqrama   uyğun  olmalı,   orada   qoyulmuş  məsələləri  elmin  son   nailiyyətləri
əsasında şərh etməlidir:
-   təlimin   tərbiyəedici   və   inkişafetdirici   vəzifələrinin   həllinə   kömək
göstərməlidir;
- tələbələrin müstəqil işi üçün istiqamət verməlidir;
-   metodik   cəhətdən   tələbələrin   anlama   səviyyəsinə   müvafiq   tərtib   edilməli,
materialların mənimsənilməsinə kömək edən metodik aparata malik olmalıdır (sual-
lar, tapşırıqlar, izahlar, nümunələr, əyanilik və s.);
- dərslik səhiyyə-gigiyenik tələblərə cavab verməlidir (şriftərin ölçüsü, kağızın
rəngi, sətirarası məsafələr və s.) 
Tədris proqramına tam uyğun tərtib edilən dərslikdən fərqli olaraq dərs vəsaitləri
proqramın müəyyən bölmə və mövzularının geniş şərhinə həsr olunur. Dərslik və dərs
vəsaitlərindən   əlavə   təlimdə   elektron  tədris   materiallarından   da   istifadə   edilir
(videodisklər, videokasetlər və s.).

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin