Müsahibə metodu sual-cavab deməkdir. Müsahibə, əsasən, iki növdə olur:
evristik və təkrarlama müsahibəsi.
Evristik müsahibə (“evrika” yunanca “tapdım” deməkdir) yeni qaydanı, qanu-
nauyğunluğu sualların köməyi ilə tələbələrə tapdırmaq metodudur. Evristik metodda
sualların köməyi ilə müvafiq faktlar təhlil olunur və nəticələr çıxarılır.
Müsahibə zamanı sualların düzgün qoyulması mühüm şərtdir. Sualın qoyuluşu
müəyyən tələblərə cavab verməlidir: a) sual konkret və aydın olmalıdır; ümumi xa-
rakterli sual aydın olmur (məsələn, “S.Vurğun haqqında nə deyə bilərsən?”); b) sual
düşündürücü olmalıdır; “hə” və “yox” cavabı tələb edən sual (məsələn, “Metallar
istidən genişlənirmi?”) tələbələri düşündürmür; c) sual yığcam olmalıdır; iki və çox-
mərtəbəli sual (məsələn, “İsim nədir, o, hala və şəxsə görə necə dəyişir?”) vermək
düzgün deyildir: belə sual yaxşı yadda qalmır və cavaba mənfi təsir göstərir; d) yanlış
və çaşdırıcı suallar vermək olmaz. Belə suallar (məsələn, “Ay Günəşdən neçə dəfə
böyükdür?”) tələbələrin təfəkkürünü səhv yola sövq edir və müəllimin biliyi haqda
onlarda şübhə yarada bilər.
Müsahibə metodunun təşkilində müəyyən qaydanı gözləmək lazımdır: sual tək-
tək tələbəyə yox, qrupa verilir və istənilən tələbədən soruşulur. Cavab səhv və ya
qeyri-dəqiq olarsa, səhv cavab tələbənin özünə, ehtiyac olduqda isə digər tələbələrə
düzəltdirilir, cavab yenə təminedici olmasa, müəllim özü izah edir.
63