Ənənəvi təlim texnologiyası. Burada əsas məqsəd müəllim tərəfindən bilik-
lərin
verilməsi və tələbələr tərəfindən yadda saxlanmasından ibarətdir.
Ənənəvi
təlim texnologiyasının əsas quruluş ünsürləri bunlardır: keçmiş mövzunun sorğusu
qiymətləndirmə
müəllimin izahı
möhkəmləndirmə (sual-cavab, kitab üzrə iş, çalışmalar)
növbəti məşğələ üçün tapşırığın verilməsi . Belə
təlimdə tələbənin müstəqil və yaradıcı fəaliyyəti üçün imkan məhduddur;
böyük
həcmdə materialın yadda saxlanması mənimsəməni ağırlaşdırır, təlimdə
cansıxıcılıq
yaradır.
Proqramlaşdırılmış təlim texnologiyası. Proqramlaşdırılmış təlim tələbələrin
müstəqil
fəaliyyətinin xüsusi vasitələrlə (kompüter, dərslik, proqram və s.) idarə
olunmasına
əsaslanan təlim növüdür. Ənənəvi təlimdən fərqli olaraq burada hər kəs
öz
fərdi iş tempi ilə irəliləyir. Proqramlaşdırılmış təlimin iki növü ayır edilir: xətti
(və ya düzxətli), şaxəli proqramlaşdırma.
Xətti proqramlaşdırmada tələbənin işi belə bir sxem üzrə gedir: