metodudur. Məs., mikroskop altında canlıları öyrənmək, hava, bitki və heyvanlar üzə-
rində uzunmüddətli müşahidələr aparmaq, müxtəlif təcrübələr qoymaq və s. belə
işlərdəndir.
Laborator məşğələlər iki növdə olur: frontal məşğələlər və praktikumlar.
Frontal məşğələdə bütün tələbələr eyni işi, təcrübəni yerinə yetirir, praktikum
zamanı isə kiçik qruplarla (3-5 nəfərlik) müxtəlif işi, təcrübələri icra edirlər.
Didaktik oyun metodları biliklərin möhkəmləndirilməsi, tətbiqi məqsədi güdən
idrak oyunlarıdır.
Son vaxtlar işgüzar rollu oyunlardan geniş istifadə olunur. Məs., xarici dil dərs-
lərində tələbələrə müxtəlif rollar (səyyah, müəllim, həkim, satıcı, alıcı, sürücü və s.)
tapşırılır, hərə öz rolunu ifa edir. Bu metodla keçilən eksperimental dərslər (Q.Kitay-
qorodskayanın intensiv metodu) göstərir ki, tələbələr xarici dili daha tez və həvəslə
öyrənirlər.
Dostları ilə paylaş: