9) 1905-1906-cı illər erməni-müsəlman savaşı: Şimali Azərbaycanda inqilabi-demokratik hərəkatın yüksəlişinin qarşısını almaq üçün çar höküməti ağlasığmaz tədbirlərə əl ataraq Bakıda və Cənubi Qafqazın müsəlman türkləri yaşayan bölgələrində milli qırğın siyasətini həyata keçirməyə başladı. Bu siyasətdə əsas alət kimi Qafqazda türk və müsəlman xalqlarına qarşı mübarizədə Rusiyaya öz sədaqətli xidmətlərini dəfələrlə nümayiş etdirmiş ermənilərdən və onların terrorçu təşkilatlarından istifadə edilirdi. 1905-ci ilin əvvəllərində Bakıda milli qırğın həyata keçirmək üçün çar hökuməti xüsusi plan hazırladı. Bu planın reallaşdırılması isə qubernator Mixail Nakaşidzeyə tapşırıldı Hələ 1887-ci ildə erməni millətçiləri tərəfindən Cenevrədə yaradılmış Hınçak (Zəng) və 1890-cı ildə Tiflisdə yaradılmış "Daşnaksütun" (İttifaq) partiyaları rus hökümətinin milli qırğın siyasətinin doğurduğu faciənin miqyasının genişlənməsində böyük rol oynadılar. 1905-ci ilin əvvəllərində daşnaklar Bakıda yaşayan millətlər arasında müsəlmanların vəhşi olduqlarını iddia edən təbliğatlar aparır, qızışdırıcı hərəkətlərə yol verirdilər. Hamı dəhşətli bir hadisənin baş verəcəyini duyurdu. Fevralın 2-də bir neçə nəfər azərbaycanlı bir-birinin ardınca milli zəmində qətlə yetirildi. Mühafizə orqanlarının hadisəyə göz yumması isə azərbaycanlıların silaha əl atmasına şərait yaratmaq üçün qızışdırıcı planın bir hissəsi idi. Beləliklə, fevralın 6-da qırğın başladı və Bakıda ayın 9-dək davam etdi. Hökumət nümayəndələri tərəfindən silahlandırılmış daşnaklar yüzlərlə azərbaycanlının qətlinə bais oldular. Evləri qarət edildi, talanlar törədildi. Qubernator qırğının qarşısını almaq üçün heç bir tədbir görmədi. Qətliamın dövlət tərəfindən planlı şəkildə həyata keçirildiyinə şübhə qalmamışdı. Çünki hüquq-mühafizə orqanları heç bir şey etmədən hadisələrin gedişatını müşahidə edir, lazım gəldikdə, tərəflərin silahlanmasına şərait yaradırdılar. Cəlil Məmmədquluzadə dövlətin ordu və polis orqanlannın milli qırğını necə soyuqqanlılıqla seyr etməsini kəskin şəkildə ifşa edərək "Molla Nəsrəddin" Jurnalında yazırdı: "Bu nə sirdir ki, erməni-müsəlman davası düşən kimi hökümət əsgərləri elə şiddətli xəstəliyə mübtəla olurlar ki, həkimlər onlann çölə (yəni küçəyə) çıxmalarım rəva görmürlər". Tezliklə qırğın Azərbaycanın başqa bölgələrinə də yayıldı. 1883-cü ildə ləğv edilmiş Qafqaz canişinliyi 1905-ci il 29 fevralda knyaz Vorontsov-Daşkovun başçılığı ilə yenidən bərpa edildi. 20-23 fevral və 23-26 may 1905-ci il İrəvanda qırğın törətmək qərarına gəldilər. Bu şəhərin əhalisinin böyük əksəriyyəti azərbaycanlılardan ibarət idi. Ermənilər İrəvanda və onun ətraf bölgələrində yaşayan azərbaycanlıları yurdlarından məhrum etmək istəyirdilər. Azərbaycanlıların rəşadətlə vuruşması və öz torpaqlarını cəsarətlə müdafiə etməsi nəticəsində ermənilərin planları puç oldu. 1905-ci il 12-15 may Naxçıvanşəhərində Bir neçə aydan sonra onlar Naxçıvanda və Zəngəzurda da vəhşiliklər törətdilər. Bu hərəkətlər soyqırımı xarakteri daşıyırdı. 26 noyabrda Naxçıvanın Cəhri kəndində bir ailənin tamamilə məhv edilməsi, kəndin yerlə yeksan olunması başqa cür adlandırıla bilməzdi. Kütləvi qırğınlar törədən erməni dəstələri Cəbrayıl qəzasının kəndlərini talamağa başladı. Lakin azərbaycanlılar bu hücumların qarşısını ala bildilər. Belə ki ermənilər Veysəlli, Qacar, Şeyxməli, Çəmənli, Xırmancıq kəndlərində darmadağın edildilər. Həmin ildə baş verən ən dəhşətli hadisələrdən biri Şuşada oldu. Tarixə Şuşa faciəsi adı ilə düşmüş və avqustun 8-də baş vermiş bu hadisə zamanı rus qarnizonuna arxalanan daşnak dəstələri Cənubi Azərbaycandan iş dalınca gəlmiş 17 fəhləni xaincəsinə qətlə yetirdi. 1905-ci ilin avqustun 16-dan21-dək ermənilərin Şuşada törətdikləri qırğınların qarşısım almaq üçün qəhrəmanlıqla döyüşə atılan Azərbaycan türkləri yüzlərlə qulduru qanına qəltan etmişdi. Şuşa hadisələri zamanı ölkəmizin hər yerindən yardımlar gəlirdi. Mirzə Cəlilin arvadı Həmidə xanım Cavanşir, böyük xeyriyyəçi H.Z.Tağıyev, M.Muxtarov və başqaları döyüş bölgələrinə çoxlu ərzaq və pul göndərirdilər. 1906-cı il 12-18 iyulda ermənilər Şuşada 2-ci dəfə kütləvi hücumlar təşkil edildi. Onlar Şuşadakı rus qoşununun başçısı general10 min manat V.Qoloşapovarüşvət verdilər ki, rus hərbçiləri azərbaycanlı əhali yaşayan yerlərə basqınlarda iştirak etsinlər. 5 gün ərzində çoxlu azərbaycanlı evi top atəşi ilə dağıdıldı və ya yandırıldı. Birləşmiş erməni-rus hərbi qüvvələrinə qarşı döyüşə atılan, onlardan qat-qat az olan və pis silahlanmış azərbaycanlı könüllülər düşməni rüsvayçılıqla qaçmağa məcbur etdilər. Qarabağın Xankəndi və Malıbəyli kəndlərində asayişi qorumalı olan çar hökuməti qoşunlarının gözü qarşısında bütün azərbaycanlı qadın və uşaqlar qətlə yetirilmişdi. Lakin bu da ermənilərin Şuşanı ələ keçirmək kimi məkrli planının reallaşmasına kömək etmədi. Bu döyüşlərdə Sultan bəy Sultanovun xidmətlərini xüsusi qeyd etmək lazımdır. Onun başçılığı ilə şəhərə daxil olan dəstələrin şücaəti nəticəsində birləşmiş erməni-kazak qüvvələri darmadağın edildi. 1905-1906-cı illərdə milli qırğınlar zamanı ermənilər tərəfindən 158 Azərbaycan kəndi yandırılaraq məhv edilmişdi, 10 mindən çox adam qətlə yetirildi.