Mühazirə mətnləri Ümumi: 30 Mühazirə mövzusu. Cəmi: 60 saat (30 saat mühazirə-30 saat seminar) Bakı-2021


) XX əsrin əvvəllərində yeni aqrar qanunlar:  1900



Yüklə 315,92 Kb.
səhifə69/90
tarix02.01.2022
ölçüsü315,92 Kb.
#46223
növüMühazirə
1   ...   65   66   67   68   69   70   71   72   ...   90
60 saatlıq mühazirələr 2021-2022

11) XX əsrin əvvəllərində yeni aqrar qanunlar:  1900-cü il 1 mayda çar hökuməti “Cənubi Qafqazda dövlət kəndlilərinin torpaq quruluşu haqqında” qanuna görə, dövlət kəndliləri icma torpaqlarından nəsli istifadə hüququ alırdılar. 1870-ci il islahatında olduğu kimi, bu qanunda da torpaqlar kəndlilərin mülkiyyətinə birbaşa keçmirdi. Bu qanuna əlavə edilən 1903-cü il Əsasnaməsinə görə, kəndlilərin nəsli istifadəsinə verilən torpaqların dəqiq sərhədləri müəyyən edilirdi. Əsasnamədə kəndlilərə əlavə torpaq paylarının verilməsi, çəmən, otlaq və meşələrdən pay ayrılması yenilik idi. Lakin qanunun tətbiqindən sonra kəndlilərin vəziyyəti yaxşılaşmaq əvəzinə daha da pisləşdi. Çünki əkinə yararlı olmayan torpaqların pay torpaqlarına əlavə edilməsi nəticəsində vergi artırıldı. Bundan istifadə edən qolçomaqlar yararlı torpaqların çox hissəsini ələ keçirərək dövlət kəndində təbəqələşmənin dərinləşməsinə səbəb oldular. Şimali Azərbaycanın sahibkar kəndlərində 1870-ci il islahatı yarımçıq qalmışdı. Kəndlilərin çoxu pay torpaqlarını satın ala bilməmişdilər. Ona görə də sahibkar kəndliləri mülkədarlara vergi və mükəlləfiyyətlər ödəməklə “müvəqqəti mükəlləfiyyətli” sayılırdılar. 1912-ci il 20 dekabr tarixli "Cənubi Qafqaz quberniyalarında torpaqların məcburi satın alınması haqqında" qanuna görə Şimali Azərbaycanın sahibkar kəndliləri 1913-cü il 1 yanvardən mükəlləfiyyət daşımaqdan azad edilirdi və onların xüsusi mülkiyyəti elan olunmuş pay torpağını satın almalı idilər. Kəndli yalnız torpaq Nizamnaməsində göstərilən torpağı öz mülkiyyətinə keçirə bilərdi. Əkinçilik üçün yararsız olan torpaqlar kəndlinin mülkiyyətinə pulsuz keçirdi. Pay torpaqlarında salınmış bağ yerlərinin əvəzində pul ödənilmirdi. Kəndli çəmən, otlaq və meşə sahələrini satın ala bilməzdi. Su arxları mülkədarların xüsusi mülkiyyətində qalırdı. Mülkədarlar torpaq üçün əvəz haqqını dövlət xəzinəsindən alırdılar. Kəndlilər isə həmin pulu faizlə 20 il müddətinə dövlətə qaytarmalı idilər. 1913-cü il 7 iyulda verilmiş başqa bir qanuna görə, Zaqatala dairəsi və Dağıstanın, o cümlədən Dərbənd bölgəsinin sahibkar kəndliləri feodal asılılığından azad edildi. Kəndlilər pay torpağını məcburi surətdə satın almalı idilər. Dövlətin bəylərəkeşkəl (torpaq) sahiblərinə birdəfəlik ödədiyi torpaq pulunu kəndlilər 20 il ərzində dövlət xəzinəsinə qaytarmalı idilər. 1912-1913-cü illər aqrar qanunları Şimali Azərbaycan kəndində qolçomaq və fermer təsərrüfatlarının inkişafı üçün daha əlverişli şərait yaratdı. Nəticədə kənddə sosial təbəqələşmənin dərinləşməsi və kapitalizmin inkişafı sürətləndi.


Yüklə 315,92 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin