Orta Tunc dövrünün (e.ə. III minilliyin sonları - e.ə. II minilliyin ortaları) əsas xüsusiyyətləri:
1) II böyük ictimai əmək bölgüsü baş vermiş sənətkarlıq müstəqil sahəyə çevrilmişdi;
2) dulusçuluq inkişaf etmiş, boyalı qablar mədəniyyəti formalaşdı;
3) bağçılıq, bostançılıq, üzümçülük və şərabçılıq kimi yeni təsərrüfat sahələri;
4) ilkin şəhər məskənləri və böyük tayfa ittifaqları yarandı. Qarabağda Üzərliktəpə (Ağdam), Qaraköpəktəpə, Çinartəpə, Naxçıvanda II Kültəpə, Oğlanqala, Urmiya gölü sahilində Göytəpə şəhər tipli yaşayış məskənləri olmuşdur. Qədim Naxçıvan şəhəri II Kültəpə yaşayış məskəni Azərbaycanda ilkin şəhər-dövlətlərdən birinin mərkəzi olmuş, təx, 3500 il bundan əvvəl yaranmışdır. II Kültəpə yaşayış məskənində dulusçuluq məhəlləsi, emalatxanası, daş döşənmiş küçə və dulus sobaları aşkar edilib.
Dostları ilə paylaş: |