2) Tunc və dəmir dövrləri: Tunc dövrü erkən, orta və son inkişaf mərhələlərindən keçmişdir. Erkən Tunc dövrünə (e.ə. IV minilliyin 2-ci yarısı- e.ə. III minilliyin sonu) aid abidələr ilk dəfə Kür-Araz çayları arasındakı ərazilərdə öyrənilmişdir. Ona görə də bu dövrün mədəniyyətini alimlər Kür-Araz mədəniyyətiadlandırırlar. Erkən Tunc dövrünün əsas cəhətləri: 1) I böyük ictimai əmək bölgüsü baş verdi: əkinçilik maldarlıqdan ayrıldı; 2) toxa əkinçiliyini xış əkinçiliyi əvəz etmişdir. 3) Əhali köçmə-yaylaq maldarlığa keçirdi. Mal-qara yaz-yay aylarında dağ çəmənliklərində otarılır, payızda soyuqlar düşəndə qışlaqlara qaytarılırdı. Bu dövrünə aid ibadət yerləri Xaçmaz da Sərkərtəpə, Qazaxda Babadərviş və Naxçıvanda I Kültəpə, Maxta yaşayış yerlərində aşkar edilib. 4) Erkən Tunc dövründə ağır zəhmət tələb edən kişi əməyi (xış əkinçiliyi, maldarlıq, metalişləmə) irəli keçdi. Ona görə də anaxaqanlığını ataxaqanlığı əvəz etdi.
5) Bir neçə qohum qəbiləni birləşdirən tayfa yarandı. Tayfanı ağsaqqallar idarə edirdilər.