2) Tunc və dəmir dövrləri:Tunc dövrü erkən, orta və son inkişaf mərhələlərindən keçmişdir. Erkən Tunc dövrünə (e.ə. IVminilliyin 2-ci yarısı- e.ə. III minilliyin sonu) aid abidələr ilk dəfə Kür-Araz çayları arasındakı ərazilərdə öyrənilmişdir. Ona görə də bu dövrün mədəniyyətini alimlər Kür-Araz mədəniyyətiadlandırırlar. Erkən Tunc dövrünün əsas cəhətləri: 1) I böyük ictimai əmək bölgüsü baş verdi: əkinçilik maldarlıqdan ayrıldı; 2) toxa əkinçiliyini xış əkinçiliyi əvəz etmişdir. 3) Əhali köçmə-yaylaq maldarlığa keçirdi. Mal-qara yaz-yay aylarında dağ çəmənliklərində otarılır, payızda soyuqlar düşəndə qışlaqlara qaytarılırdı. Bu dövrünə aid ibadət yerləri Xaçmaz da Sərkərtəpə, Qazaxda Babadərviş və Naxçıvanda I Kültəpə, Maxta yaşayış yerlərində aşkar edilib. 4) Erkən Tunc dövründə ağır zəhmət tələb edən kişi əməyi (xış əkinçiliyi, maldarlıq, metalişləmə) irəli keçdi. Ona görə də anaxaqanlığını ataxaqanlığı əvəz etdi.