Mühazirə mətnləri Ümumi: 30 Mühazirə mövzusu. Cəmi: 60 saat (30 saat mühazirə-30 saat seminar) Bakı-2021


) Albaniya Mehranilər sülaləsi dövründə (628-705)



Yüklə 315,92 Kb.
səhifə14/90
tarix02.01.2022
ölçüsü315,92 Kb.
#46223
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   90
60 saatlıq mühazirələr 2021-2022

3) Albaniya Mehranilər sülaləsi dövründə (628-705). Feodal Mehranilər nəsli Albaniyada VI əsrin sonu-VII əsrin əvvəllərində siyasi üstünlüyə nail oldu. Mehranilər nəslinin başçısı Mehran (570-590) M.Kalankatlıya görə, siyasi təqibdən yaxa qurtarmaq üçün İrandan Albaniyanin Girdiman (indiki Şəmkir-Qazax) vilayətinə gəlmişdi. Mehran və onun davamçıları tədricən bütün Albaniyanı özlərinə tabe edə bildilər. Bu sülalə Albaniyanın müstəqilliyi siyasətini yürüdürdü. Mihranilər artıq 630-cu ildən etibarən Albaniyanın böyük knyazları kimi fəaliyyət göstərirdilər.  624-628-ci illərdə Albaniya Sasani-Bizans müharibələrinin (602-628) döyüş meydanına çevrildi. Bu dövrdə Albaniya hələ də Sasani mərzbanları tərəfindən idarə edilirdi. Girdiman hakimi Varaz Qriqor özünü Bizans imperatoru İraklinin vassalı elan etmişdi. 629-cu ildə Bizansla bağlanmış sülhə görə Albaniya Sasani təsir dairsində qalsa da, əslində, 629-630-cu illərdə xəzərlər Albaniyanı işğal etdilər. Lakin az sonra Xəzər xaqanlığındakı daxili qarşıdurma xəzərlərin Albaniyadakı ağalığına son qoydu. Ölkəmizin bu zaman müstəqilləşməsinə Bizansla Sasanilərin öz aralarında müharibə apararaq zəifləmələri də kömək etmişdi. Alban taxt-tacı Varaz Qriqorun (630-642) əlinə keçdi. Ərəblərin Sasanilər üzərinə ilk hücumları zamanı Varaz Qriqor öz oğlu Cavanşiri Sasanilərin köməyinə göndərdi. 636-cı ildəki Kadisiyyə döyüşündə göstərdiyi qəhrəmanlığa görə Cavanşir Sasani şahı III Yəzdigərd tərəfindən mükafatlandırıldı. 637-ci ildə alban sərkərdəsi 6 ay ərzində Sasanilərin ərəblər tərəfindən mühasirəyə alınmış paytaxtı Ktesifonun müdafiəsində iştirak etdi. Sasani dövlətinin müqəddəratının həll olunduğunu başa düşən Cavanşir vətəninə qayıtdı. O, hələ Varaz Qriqorun sağlığında Albaniyanın ilk böyük hökmdarı (642-681) oldu. O, ölkəyə hücum edən Sasani feodallarına qarşı uğurla mübarizə apardı. Sasani imperiyası süqutundan sonra Cavanşir ərəb təhlükəsinə qarşı Bizans imperatoru II Konstantinlə 654 və 660-cı illərdə 2-ci dəfə onunla görüşdü, ittifaqa girdi. 662-ci ildə Cavanşir Albaniyaya basqın edərək Kür çayını keçmiş xəzərləri məğlub etdi.Lakin xəzərlərin 664-665-cü ildəki yürüşündən sonra Cavanşir vassallığı qəbul edərək onlarla sülh bağladı. O, Xəzər xaqanının qızı ilə evlənib, əsir və qənimətləri geri qaytardı. Xilafətlə münasibətlərində də Cavanşir kifayət qədər çevik siyasət yürüdürdü. Əməvilər sülaləsinin hakimiyyətə gəlməsindən sonra o, Bizansdan nisbətən uzaqlaşaraq Xilafətlə münasibətlərini nizama salmağa çalışırdı. 667 və 670-ci illərdə Cavanşir iki dəfə Xilafətin paytaxtı Dəməşqə gedərək xəlifə Müaviyə ilə görüşdü. Albaniya bu zaman rəsmən Xilafətə tabe olan dövlət elan edilsə də, Cavanşir ölkənin daxili müstəqilliyini qoruyub saxlaya bildi. Eyni zamanda o, Xilafət hakimiyyətini qəbul edərkən Albaniyanın öz xəzinə gəlirlərinin hissəsini ərəblərə verməsi məsələsində dəyişikliyə nail oldu və həmin bacı ⅓ miqdarına qədər azalda bildi. Beləliklə, qonşuları, həmin dövrün güclü dövlətləri olan Sasani və Bizans imperiyaları, Xəzər xaqanlığı və Ərəb xilafəti ilə münasibətlərdə Cavanşir müdrik və tarazlaşdırılmış siyasət yeritməklə öz dövlətinin əmin-amanlığını uğurla qoruya bildi. Daha kiçik dövlətin başçısı olan Cavanşir həmin dövlətlərin bilavasitə başçıları ilə görüşmüş, onlarla sıx əlaqələr qurmağı bacarmışdı. Lakin bizanspərəst yerli hakimlərin bir qismi 681-ci ildə sui-qəsd nəticəsində onu öldürdü. Alban taxtına Cavanşirin qardaşı oğlu Varaz Tiridat çıxdı. Ərəb xəlifəsi onu Alban padşahlığının hökmdarı elan etdi. Varaz Tiridatın 705-ci ildə ərəblər tərəfindən aradan götürülməsindən sonra alban dövlətçiliyinə son qoyuldu.


Yüklə 315,92 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin