Mühazirə mətnləri Ümumi: 30 Mühazirə mövzusu. Cəmi: 60 saat (30 saat mühazirə-30 saat seminar) Bakı-2021



Yüklə 315,92 Kb.
səhifə10/90
tarix02.01.2022
ölçüsü315,92 Kb.
#46223
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   90
60 saatlıq mühazirələr 2021-2022

6) Albaniya dövləti: Albaniyanın əhalisi türkdilli və Qafqazdilli tayfaların birliyindən ibarət idi. Bu tayfaların arasında albanlar çoxluq təşkil edirdilər. Qaynaqlarda Albaniyada 26 dildə danışan tayfaların yaşaması göstərilir. Albaniya ərazisində albanlardan başqa leqlər, kadusilər, kaspilər, amardlar, utilər, qarqarlar və b. tayfalar da yaşamışlar. Hazırda Azərbaycanda Qafqazdilli tayfalar: Qəbələ rayonunun Nic kəndində udilər, Quba rayonunun Xınalıq kəndində xınalıqlılar, Buduq kəndində buduqlular yaşayırlar. Albaniya dövləti e.ə. IV əsrin axırı — III əsrin əvvəllərində yaranmışdı. Albanlar İberiya (Gürcüstan) ilə Xəzər dənizi arasındakı ərazidə yaşamışlar. Şimalda bu ərazi Qafqaz dağları, cənubda Atropatena ilə həmsərhəd idi. Albaniya dövlətinin ərazisinə Azərbaycan Respublikasının ərazisi, indiki Ermənistan (Qərbi Azərbaycan), Dağıstanın cənub rayonları Gürcüstanın Alazan (Qanıx) vadisi daxil idi. Strabon yazırdı ki, hazırda bütün alban qəbilələrinə bir padşah başçılıq edir,ondan sonra ən hörmətli şəxs Ay məbədinin kahini idi. Strabonun məlumatından Albaniyanın mərkəzləşmiş dövlət olması aydın görünür. Albaniyanın əhalisi ictimai vəziyyətinə görə 4 təbəqəyə bölünürdü. 1) təbəqəyə padşah, ordu başçısı və hakim, 2) təbəqəyə din xadimləri (kahinlər) daxil idilər. 3) təbəqəyə hərbçilər, 4) təbəqəyə isə təsərrüfatda işləyənlər aid edilirdi. Eramızın ilk əsrlərindən Albaniyada su dəyirmanlarından istifadə olunmuşdur. Bəzək əşyası Dövlətin yaranması ilə möhürlər meydana gəlmişdi. Möhürlər üzük formasında düzəldilir və bəzək əşyası kimi barmağa taxılırdı. Şamaxıda, Qəbələdə tapılmış gümüş pul dəfinələri albanların ticarətdə puldan istifadə etdiyini sübut edir. Albaniya ərazisindən tapılan ən qədim pullar Makedoniyalı İsgəndərin adından kəsilən gümüş pullardır. Kənardan gətirilən pullar ticarətdə tələbatı ödəmədiyindən e.ə. III əsrin 1-ci yarısından başlayaraq Albaniyada İsgəndərin pullarına oxşar pullar kəsilmişdir. Ölkədə başqa dövlətlərin pulları da işlədilmişdir. Strabon öz əsərində Albaniyanın Ayniana Anariaka şəhərlərinin olduğunu yazır. Plini yazır ki, Albaniyanın başlıca şəhəri Kabalakadır (indiki Qəbələ). Ptolemey Albaniyanın 29 şəhəri və böyük yaşayış məntəqələri sırasında Qəbələ Şamaxının adlarını çəkir. Romalılar Hindistanla Qara dəniz sahillərini birləşdirən ticarət yolunu ələ keçirmək məqsədilə Albaniyanı, Xəzər dənizinin sahillərini tutmaq istəyirdilər. E.ə. 66-cı ilin dekabrında Kürün sahilində baş vermiş döyüşdə Alban padşahı Oroys Roma sərkərdəsi Pompey tərəfindən məğlub edildi. e.ə. 65-ci ildə Qanıx çayı yaxınlığındakı döyüşdə Albaniya qoşunlarına Oroysun qardaşı Kozis başçılıq edirdi. Hərbi hiylə işlədən romalılar bu döyüşdə də albanlara qalib gəldilər. E.ə. 36-cı ildə sərkərdə Antoninin başçılığı ilə romalılar Şərqə yürüş etdilər. Antoni özü Misirə getdi. Sərkərdəsi Kanidini isə Azərbaycanın cənub-qərb torpaqlarında saxladı. Plutarx yazırdı: «Kanidi.... iber və alban hökmdarlarına qalib gəldi və Qafqaza çatdı».Bu vaxt Alban hökmdarı Zober idi. Eramızın I əsrində Albaniyada hakimiyyət yerli hökmdarların əlində idi. Romalıların burda olmasını sübut edən Qobustan kitabəsi 84-96-cı illərə aiddir. Kitabədə görə İmperator Domisian Sezar Avqust Germanikin dövründə 12-ci legionun rəhbəri Livi Maksim başda olmaqla kiçik roma dəstəsinin burda olması bildirilir. II əsrin I yarısında Roma imperatoru Adrian alban hökmdarları ilə dostluq əlaqələri saxlamış və onara qiymətli hədiyyələr göndərmişdi. Eramızın I-III əsrlərində alan tayfaları Albaniya və Atropatenaya tez-tez yürüşlər etmişlər. Alan tayfalarının ən böyük yürüşlərindən biri 72-74-cü illərdə olmuşdur. Albaniya ərazisindəki katakomba qəbirləri (yeraltı qəbir abidəsi) alan tayfaları ilə əlaqələndirilir. Katakombalar MingəçevirQəbələdə öyrənilmişdir. Antik dövr müəllifləri e.ə. I əsrin 60-cı illərində Albaniya hökmdarı Oroysla Roma sərkərdəsi Pompeyin məktublaşması barədə məlumat verirlər. E.ə. I minlliyin sonarına aid bəzi saxsı nümunələrinin üzərində də yazı işarələri vardır. 1902-ci ildə Şəki rayonunun Böyük Dəhnə kəndində üzərində II əsrə aid yunan dilində yazı olan daş kitabə tapılmışdır. Bu daş kitabə gəlmə yunanlara məxsus olmuşdur. Qədim albanlar bütpərəst idilər. Burada göy cisimlərinə sitayiş geniş yayılmışdı. Strabon yazmışdır ki, albanlar Zevs — Göy, Helios — Günəş, Selena — Ay tanrılarına sitayiş edirdilər. Strabona görə, albanlar ən çox Ay tanrısına sitayiş edir və Ay tanrısının baş kahini ölkədə padşahdan sonra 2-ci ən hörmətli şəxs sayılırdı.


Yüklə 315,92 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin