Mühazirə mətnləri Ümumi: 30 Mühazirə mövzusu. Cəmi: 60 saat (30 saat mühazirə-30 saat seminar) Bakı-2021


) Xilafət dövründə dövlət quruluşu, köçürtmə siyasəti, torpaq mülkiyyət formaları və vergilər



Yüklə 315,92 Kb.
səhifə17/90
tarix02.01.2022
ölçüsü315,92 Kb.
#46223
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   90
60 saatlıq mühazirələr 2021-2022

3) Xilafət dövründə dövlət quruluşu, köçürtmə siyasəti, torpaq mülkiyyət formaları və vergilər. Ərəblər işğal etdikləri ərazilərdə, o cümlədən Azərbaycanda da canişinlik-əmirlik idarəetmə sistemindən istifadə edirdilər. Əməvilərə qədər ərəblər AzərbaycanıAranı əl-Cəzirə adlanan 4-cü əmirliyə, Əməvilərin vaxtında isə 3-cü əmirliyə daxil etmişdilər. Buradakı ərəb ordusunun başçısı olan əmir Dəbil (Dvin) şəhərində otururdu. Abbasilər dövründə əmirliyin mərkəzi Bərdə şəhərinə köçürüldü. Əmirlik mahal, məntəqə və kəndlərə bölünürdü. Hər əmirlik 12 mahal, hər mahal 12 məntəqə, hər məntəqə isə 12 kənddən ibarət idi. Çox böyük hərbi və mülki səlahiyyətlərə malik olan əmirin sərəncamı altında xüsusi tapşırıqları icra edən məmurlar çalışırdı. Belə məmurlardan biri mülki hakim olan amil vergi yığılması işinə, məhkəmə idarəsinin rəisi olan qazı isə vəqf işlərinə nəzarət edirdi. Xilafətin mərkəzi ilə vilayətlər arasında müntəzəm olaraq rabitəni təmin etmək üçün bəril adlanan poçt xidməti yaradılmışdı. Ərəblər Suriya, Kufə, Bəsrə və başqa yerlərdən çoxsaylı ərəb mühacirləri köçürərək Azərbaycan torpaqlarında yerləşdirirdi. Köçürmə siyasətində əsas məqsədlər:

1) ələ keçirdikləri Azərbaycan ərazilərində möhkəmlənmək, özlərinə dayaq yaratmaq,

2) əhalini ərəbləşdirmək və müsəlmanlaşdırmaq,

3) Əməvi xəlifələri ərəb köçkünlərinə ən yaxşı torpaqları ayırmaqla onları oturaq həyata alışdırmaq, xəzinəni təqaüd xərclərindən azad etmək.



Xilafət dövründə 5 torpaq mülkiyyət növü var idi: 1) Divan (dövlət) torpaqları. Həmin torpaqlardan əldə edilən gəlir xəzinəyə daxil edilirdi. IX-XI əsrlərdə bu torpaq mülkiyyət formasında cüzi dəyişiklik edildi. Dövlət torpaqları: divani-dövlətə məxsus olan gəliri birbaşa xəzinəyə gələn torpaqlara və xalisə (xass) - ayrı-ayrı hökmdarların və sülalələrin mülkiyyətində olan torpaqlara bölündü. Xilafət dövründəki digər topraq mülkiyyət növlərinə toxunulmadı. 2) Mülk (şəxsi) - Ölkədə iri feodalların və onların vassallarının əlində olan torpaqlar mülk (əmlak) adlanırdı. Xilafət dövründə belə mülk sahibləri malik adlanırdı və torpaqdan istədiyi kimi istifadə edə bilərdi. 3) İqta – dövlət tərəfindən orduda göstərdiyi hərbi hünərə və sədaqətli xidmətə görə verilən və daha geniş yayılmış torpaq mülkiyyəti forması idi. İqta divan torpağından verilirdi. Xilafətdə iqta sahibi məcburi hərbi mükəlləfiyyət daşımır, xəzinəyə müəyyən miqdarda vergi verirdi. İqtanın iki forması var idi: a) Bağışlanan iqta - sabihinin şəxsi mülkiyyətinə çevrilir və nəsildən-nəsilə keçirdi; b) İcarə edilən iqta - hərbçilərə verilir, irsən keçə bilməz, lazım gəldikdə geri alına bilərdi. 4) Vəqf - Məscidlərə, müqəddəs yerlərə, ruhani idarələrinə, xeyriyyə cəmiyyətlərinə və şəhidlər üçün nəzərdə tutulan və müsəlman dini idarələrinin ixtiyarında olan torpaqlar idi. İcarəyə verilsə də, onu almaq, satmaq və xüsusi mülkiyyətə çevirmək olmazdı. 5) İcma (camaat) torpaqları - əhaliyə məxsus ümumi əkin yerləri, biçənəklər, otlaqlar, meşələr, qəbiristanlıqlar və s. daxil idi. Əslində kənd icmasının özünün torpağı yox idi. Onların istifadə etdiyi torpağın sahibi dövlət idi.

Xilafət dövründə vergi sistemi Sasani dövrünə uyğunlaşdırılmış, lakin ayrı-ayrı adamlardan deyil, bütün icmadan alınırdı. Əsas vergi xərac - torpaq vergisi idi. O torpağı olanlardan məhsulla alınırdı. Cizyə - can vergisi idi. Müsəlman olmayan kişilərdən orduda xidmət etmədiklərinin müqabilində pulla alınırdı. Xilafət dövründə dini vergilər də var idi. Xüms (1/5) - daşına bilən əmlakdan müxtəlif mülkiyyət və qənimət növlərindən alınan vergi idi. Zəkat (sədəqə) - maldarlıqdan, ticarət və sənətkarlıqdan, əkin və meyvədən alınırdı. Şikəstlərin, əlacsızların ehtiyacı zəkatdan ödənilirdi. Fitrə isə ailənin hər bir yaşlı üzvündən ramazan ayında bayram günü alınır və paylanırdı. Bu vergi növü ancaq varlı şəhərlilərdən alınırdı. IX-XI əsrlərdə torpaqdan istifadə müqabilində kəndlilərdən alınan vergi üşr (onda bir) adlanırdı.


Yüklə 315,92 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin