Mühazirə mətnləri Ümumi: 30 Mühazirə mövzusu. Cəmi: 60 saat (30 saat mühazirə-30 saat seminar) Bakı-2021



Yüklə 315,92 Kb.
səhifə3/90
tarix02.01.2022
ölçüsü315,92 Kb.
#46223
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   90
60 saatlıq mühazirələr 2021-2022

Əsas internet resursları:

  1. https://az.wikipedia.org

  2. http://anl.az

  3. http://history.az

  4. https://kayzen.az

  5. http://tarix.info


I Mühazirə: Azərbaycan ərazisində ibtidai icma cəmiyyəti. Qədim dövlətlər

Plan:

  1. Qədim daş dövrü.

  2. Tunc və dəmir dövrləri.

  3. İlk Azərbaycan dövləti – Manna.

  4. Azərbaycan e.ə. VII-IV əsrlər Midiya və Əhəməni imperiyalarının tərkibində.

  5. Atropatena dövləti.

  6. Albaniya dövləti.


1) Qədim daş dövrü: Qədim insanların yaratdığı cəmiyyət ibtidai icma quruluşu adlanır. Arxeologiya elminə görə, ibtidai icma quruluşu şərti olaraq üç dövrə bölünür: Daş dövrü, Tunc dövrü və Dəmir dövrü. Cəmiyyət tarixinin ən qədim dövrü Daş dövrüdür. Daş dövrü üç xronoloji inkişaf mərhələsindən keçmişdir: 1) Paleolit, 2) Mezolit və 3) Neolit dövrləri. Paleolit dövrü də 3 inkişaf mərhələsindən keçmişdir: Alt Paleolit, Orta Paleolit, Üst Paleolit. Paleolit dövrünün ilk mərhələsi Alt Paleolit adlanır. 3,2 mln il bundan əvvəldən 700 min il əvvələdək dövrdə Azərbaycanda insanın meydana gəlməsi və yaşaması üçün əlverişli təbii mühit şəraiti yaranmış, bu ərazilərdə ilk insanlar məskən salmışlar. İlk insan dəstələri Azərbaycan ərazisində 1,5 milyon il əvvəl meydana gəlmişdir. İlk insanın təşəkkülündən e.ə. XII minilliyədək olan mərhələni əhatə edən Paleolit (Qədim Daş) dövrünə aid 40-a yaxın abidə aşkara çıxarılmışdır. Qarabağda AzıxTağlar, Qazaxda DamcılıDaşsalahlı, Lerikdə Buzeyir, Naxçıvanda Qazma, Kəlbəcərdə Zar, Mingəçevir yaxınlığında Qaraca belə abidələrdəndir. Alt Paleolit ilk insan tipinin — «bacarıqlı insan»ın yaranması ilə başlamışdır. Paleolit dövrünün bu mərhələsi 100 min il əvvələ qədər davam etmişdir. Görkəmli arxeoloq Məmmədəli Hüseynov 1968-ci ildə Füzuli yaxınlığında, Quruçay dərəsində yerləşən Azıx mağarasında 350-400 min il bundan əvvəl yaşamış 18-22 yaşlı qadına aid ibtidai insanın (“azıxantrop”un, yəni Azıx adamının) daşlaşmış alt çənə sümüyü tapılmışdır. Bu tapıntı dünyada 4-cü, keçmiş SSRİ-də isə 1-ci ən qədim ibtidai insan tapıntısı sayılır. Qədim insanların ilk əmək alətləri: sivri daş, yerqazan çubuq və dəyənək olmuşdur. Təbiət hadisələri və vəhşi heyvanların hücumları qarşısında aciz qalmış ibtidai insanlar kortəbii şəkildə birləşir, dəstələr və kiçik qruplar-icmalar halında yaşayırdılar. Bu ilk insan kollektivləri ulu icma adlanır. İbtidai insanlar təbiətin hazır məhsullarını mənimsəyir, ovçuluq və yığıcılıqla (yemtoplama) məşğul olurdular. Belə təsərrüfat mənimsəmə (istehlak) təsərrüfatı adlanır. Bu dövrdə meşə yanğınları, vulkan püskürmələri və ya üzvi maddələrin öz-özünə yanmasından insanlar oddan istifadə etməyi, lakin sonralar (orta paleolitdə) çaxmaqdaşı və ya ağac parçalarını bir-birinə sürtməklə süni od əldə etməyi öyrənmişlər. Azıx mağarasında tapılmış 700 min il əvvələ aid ocaq qalıqları bunu təsdiq edir. Orta Paleolit (100-40-cı minilliklər) Mustye mədəniyyəti dövrü də adlanır. Mustye — Fransada yer adıdır. Bu dövrə aid əmək alətləri ilk dəfə buradan tapılmışdır. Bu dövrdə Azərbaycan ərazisində nisbətən inkişaf etmiş yeni insan tipi – Neandertal formalaşmışdır. Orta Paleolit Qarabağ (Azıx, Tağlar, Zar), Qazax (Daşsalahlı), Naxçıvan (Qazma) və s. yerləşən mağaralar əsasında öyrənilmişdir. Üst Paleolit (40-12-ci minilliklər) dövründə müasir insan tipi olan “ağıllı insan” (Homo sapiens) yarandı. Bununla əlaqədar olaraq ulu icmanı qəbilə icması (nəsli qəbilə) əvəz etdi. Qəbilədə insanlar qan qohumluğu əsasında, ana xətti ilə birləşirdilər. Qəbilənin həyatında qadın mühüm rol oynayırdı. Uşaqların qayğısına qalmaq, giləmeyvə və yabanı bitkilər toplamaq, odu qoruyub saxlamaq, yemək hazırlamaq və s. qadınların işi idi. Qəbilə icmasında insanlar ana xətti ilə birləşdiyinə görə bu dövr anaxaqanlığı (matriarxat) dövrü adlanır. Mezolit (Orta Daş) dövrünün (e.ə. XII − VIII minilliklər) 4 əsas səciyyəvi cəhəti vardır: 1) Ox və kamanın kəşfi; 2) Mənimsəmə (istehlak) təsərrüfatından istehsal təsərrüfatına keçid (ibtidai heyvandarlığın və əkinçiliyin əsasının qoyulması; 3) ibtidai incəsənətin inkişafı; 4) Mikrolit əmək alətlətin meydana çıxması. Mezolit dövrü Qobustan (Bakı yaxınlığında) və Damcılı (Qazax) mağaraları əsasında öyrənilmişdir. Neolit (Yeni Daş) dövrü (E.ə. VII-VI minilliklər) Naxçıvanda, Gəncə-Qazax bölgəsində, Təbriz ətrafında, Qobustanda, son illər isə Tovuz (Göytəpə), Ağcabədi (Kamiltəpə) yaşayış yerlərində öyrənilmişdir. Bu dövrün əsas xüsusiyyətləri: 1) istehsal təsərrüfatının (əkinçilik və maldarlığın) yaranması, 2) Yeni istehsal sahələrinin (daş alətləri cilalamaq, deşmək, toxuculuq və dulusçuluq (saxsı qab) yaranması. Bu dəyişikliklər «Neolit inqilabı» adlanır. Daş və Tunc (metal) dövrləri arasında keçid sayılan Eneolit (mis-daş) dövründə (e.ə. VI-IV minilliklər) insanlar ilk dəfə metalla — mislə tanış olmuşlar. Lakin mis yumşaq olduğundan ondan hazırlanan alətlər xarab olduğu üçün bu dövrdə misdən geniş istifadə olunmamış, təsərrüfatda, məişətdə yenə də, əsasən, daş alətlərdən geniş istifadə olunurdu. Cəlilabadda e.ə. V minilliyə aid qədim Əliköməktəpə yaşayış yerindən at sümükləri tapılmışdır. Eneolit dövründə bizə məlum olan ev heyvanlarının artıq hamısı əhliləşdirilmişdi. Torpağı toxa ilə yumşaldığına görə o dövrün əkinçiliyini “toxa əkinçiliyi” adlandırırlar. Eneolit dövrünün özünəməxsus dəfn mərasimləri olmuşdur. Ölülər yaşayış məskənində, evlərin arasında və içərisində basdırılırdı. Cəsədin üstünə qan (həyat verən) rəmzi sayılan qırmızı boya çəkir, yaxud oxra (açıq qəhvəyi təbii boya) səpirdilər.


Yüklə 315,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin