Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 81
II dərəcəli donmanın – xarakterik ödemləşmiş, göyümtül, yaxud qonur-qırmızı rəngli dəridə
epidermisin nekrozu səbəbindən içərisi şəffaf maye ilə dolu suluqların əmələ gəlməsidir. Sağalma
prosesləri 2-3 həftə çəkir. 1-ci və 2-ci dərəcəli donmalar səthi donmalar adlanır.
III dərəcəli donma – zamanı nerkoz prosesi dərini, dərialtı təbəqəni əhatə edir və reaktivlik
dövrünün əvvəlində içi hemorragik maye ilə dolu suluqlar meydana çıxır. Ölmüş toxumalar qopub
düşdükdən sonra, qranulyasiya edən yara səthi əmələ gəlir. Yaranın sağalması 3-4 həftədən 2-3 aya
qədər uzanır.
IV dərəcəli donma – zamanı nəinki bütün yumşaq toxumaların hətta sümüklərin belə
nekrozu baş verir. Reaktivlik dövründə dəri göyümtül rəng alır, içərisi hemorragik maye ilə dolu
suluqlar əmələ gəlir. Epidermis asanlıqla qopur, tünd-qırmızı rəngli yaranın dibi görünür. Ödem
getdikcə artır. 14-21-ci gün sağlam və ölmüş toxumalar arasında sərhəd xətti-demarkasion xətt əmələ
gəir. Ölü toxumaların sərbəst qopub düşməsi aylarla uzanır, əksər hallarda irinli infeksiya ilə ağırlaşır
(yaş qanqrena, flegmona, osteomielit və s.) və ətraflarda güdüyün əmələ gəlməsi ilə qurtarır.
Dərin donmalarda yerli patoloji dəyişikliyə məruz qalmış nahiyədə 4 zona ayırd edilir: 1. Total nekroz zonası;
2. Geridönməz degenerativ dəyişiklər zonası;
3. Geridönən degenerativ dəyişiklər zonası;
4. Patoloji proseslərin artma zonası (nevritlər, osteoporoz, endarteritlər və s.)
DABAN xəstəliyi Daban xəstəliyi (quru qanqrena,səngər xəstəliyi) müharibə dövründə əsgərlər uzun müddət (3-5
sutkadan çox) rütubətli səngərdə, qazmada, yaş qarın üzərində qaldıqda baş verir.
İmersion daban donması -
İmersion daban donması soyuq suda qalan ətrafın intensiv
olaraq soyuması nəticəsində baş verir. İlkin olaraq barmaqların keyləşməsi və hərəkətlərinin
çətinləşməsi, baldır əzələlərinin qıcolması, ətrafların distal hissələrinin ödemi inkişaf edir.