Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə104/116
tarix08.03.2023
ölçüsü1,48 Mb.
#86981
növüMühazirə
1   ...   100   101   102   103   104   105   106   107   ...   116
M?hazir? M?vzu 1 F?lak?t t?bab?ti v? M?lki M?dafi? tibb xidm?tin

Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
84
MÖVZU 41 
Uzunmüddətli sıxılma sindromu 
Uzunmüddətli sıxılma sindromu (uzunmüddətli basılma sindromu, turniket şoku, pozision 
sindrom, Kraş sindromu, xilasetmə sindromu və s.) xəsarət almış insanlarda ağrıya, uzunmüddətli 
işemiyaya və işemiyaya uğramış toxumalarda gedən degenerativ-nekrotik dəyişikliklərə orqanizmin 
ümumi cavab reaksiyasıdır. Bu sindrom ətrafların, yaxud bütövlükdə insan bədəninin torpağın, uçmuş 
binaların, ağır əşyaların altında qalıb sıxılması nəticəsində baş verir. Bu sindroma müharibə dövründə 
37-60%, zəlzələlər zamanı isə 23,8% hallarda rast gəlinir. 
Sülh dövründə bu sindromun müxtəlif növ pozision növünə heç də az rast gəlinmir. Bu sindrom 
ən çox sərxoş və uzun müddət huşsuz halda olan insanlarda olur ki, belə şəxslər ayaqları üstə 
yarımoturaq vəziyyətdə, yaxud qolları, başı hər hansı bərk əşya arasında qaldıqda toxumaların 
uzunmüddətli sıxılması nəticəsində ətrafların kəskin işemiyası nəticəsində pozision sindrom meydana 
çıxır. Sonra da buna rezipulyasiya fenomeni qoşularaq xəstəliyin inkişafına təkan verir. 
Təsnifatı: 
Kompressiyanın növünə görə; 
Sıxılma a) müxtəlif əşyalarla, laylarla; b) pozision. 
Əzilmə 
1. Lokalizasiyaya görə: baş, döş, qarın, çanaq və ətraflar 
2. Yumşaq toxumalarla müştərək zədələnmələrə görə. 
a. daxili orqanların zədələnməsilə birgə; 
b. sümüklərin, oynaqların zədələnməsilə birgə; 
c. sinir kötükləri və magistral damarların zədələnməsilə birgə. 
1. Ağırlıq dərəcəsinə görə: yüngül, orta ağırlıqlı, ağır və çox ağır. 
2. Klinik gedişindəki dövrlərə görə: 
Kompressiya dövrü. Postkompressiya (sıxılmadan sonrakı) dövrü 
1. erkən mərhələ (1-3 sutka) 
2. aralıq mərhələsi (4-1 8 sutka) 
3. uzaq mərhələ (19-60 sutka) 
Kombinasiyalara görə: 
1. donmalarla, yanıqlarla birgə;
2. kəskin şüa xəstəliyilə birgə ; 
3. döyüş zəhərləyici maddələrlə birgə; 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin