Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti
85
2. Kompressiyaya məruz qalmış yumşaq toxumaların, xüsusilə skelet
əzələlərinin parçalanma
məhsullarının qana sorulması nəticəsində meydana çıxan travmatik meydana çıxan
travmatik
toksemiya;
3. Zədələnmiş ətrafda massiv ödemin inkişafı nəticəsində baş verən plazma itkisi;
Sıxılma zamanı sinir kötüklərinin sıxılması və travmatizasiyası M.S.S-nə, endokrin sistemə, qan
dövranına, böyrəklərin funksiyasına təsir edən ağır psixoemosional dəyişikliklər törədən bütöv sinir
reflektoru patoloji zəncirvari bir proses yaradır və ağrı bir sıra patofizioloji dəyişikliklərin inkişafında
işə salıcı faktor rolunu oynayır.
Sıxılmaya məruz qalmış ətrafda damar divarının keçiriciliyinin artması nəticəsində qanın maye
hissəsi damar yatağını tərk etdiyindən ətrafda massiv ödem baş verir və
plazma itkisi böhran həddə
çatır. Belə ki, yuxatı ətrafın biri sıxıldıqda 2-3 litr, aşağı ətrafın biri zədələndikdə isə 3-5 l plazma itkisi
olur, qısa müddətdə belə kəskin plazma itkisini orqanizm çox pis keçirir və bu vəziyyət ―ağ qanitirmə‖
adlanır.
Sıxılma nəticəsində toxumalarn uzunmüddətli işemiyası və hipoksiyası
onlarda anaerob
qlikolizin inkişafına, sonradan isə lipidlərin peroksidli oksidləşməsinin
aktivləşməsinə və hüceyrə
membranının destabilləşməsinə səbəb olur.
Dostları ilə paylaş: