Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə105/116
tarix08.03.2023
ölçüsü1,48 Mb.
#86981
növüMühazirə
1   ...   101   102   103   104   105   106   107   108   ...   116
M?hazir? M?vzu 1 F?lak?t t?bab?ti v? M?lki M?dafi? tibb xidm?tin

Kompressiyanın müddətinə görə: 
1. qısa müddətli sıxılma (2-3 saat) 
2. orta müddətli sıxılma (4 saat) 
3. uzun müddətli sıxılma (4-7 saat) 
4. çox uzun müddətli sıxılma (8 saatdan çox) 
Toxumalardakı yerli dəyişikliklərin formasına görə: 
1. ödemli forma; 
2. qanqrenoz forma; 
3. qarışıq forma. 
Ağırlaşmalara görə: 
1. orqanizmin sistem və üzvləri tərəfindən (pnevmoniya, peritonit, ağciyərlərin ödemi, miokard 
infarktı və s.); 
2. ətrafın geridönməz işemiyası; 
3. irinli—septik; 
4. tromboembolik. 
Travmatik toksikozun patogenezi çox komponentli və mürəkkəbdir, üç faktorun önəmli 
aparıcı rolu vardır. 
1. M.S.S-də ciddi dəyişikliklərə səbəb olan ağrı; 


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
85
2. Kompressiyaya məruz qalmış yumşaq toxumaların, xüsusilə skelet əzələlərinin parçalanma 
məhsullarının qana sorulması nəticəsində meydana çıxan travmatik meydana çıxan travmatik 
toksemiya; 
3. Zədələnmiş ətrafda massiv ödemin inkişafı nəticəsində baş verən plazma itkisi; 
Sıxılma zamanı sinir kötüklərinin sıxılması və travmatizasiyası M.S.S-nə, endokrin sistemə, qan 
dövranına, böyrəklərin funksiyasına təsir edən ağır psixoemosional dəyişikliklər törədən bütöv sinir 
reflektoru patoloji zəncirvari bir proses yaradır və ağrı bir sıra patofizioloji dəyişikliklərin inkişafında 
işə salıcı faktor rolunu oynayır. 
Sıxılmaya məruz qalmış ətrafda damar divarının keçiriciliyinin artması nəticəsində qanın maye 
hissəsi damar yatağını tərk etdiyindən ətrafda massiv ödem baş verir və plazma itkisi böhran həddə 
çatır. Belə ki, yuxatı ətrafın biri sıxıldıqda 2-3 litr, aşağı ətrafın biri zədələndikdə isə 3-5 l plazma itkisi 
olur, qısa müddətdə belə kəskin plazma itkisini orqanizm çox pis keçirir və bu vəziyyət ―ağ qanitirmə‖ 
adlanır. 
Sıxılma nəticəsində toxumalarn uzunmüddətli işemiyası və hipoksiyası onlarda anaerob 
qlikolizin inkişafına, sonradan isə lipidlərin peroksidli oksidləşməsinin aktivləşməsinə və hüceyrə 
membranının destabilləşməsinə səbəb olur. 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin