Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə108/116
tarix08.03.2023
ölçüsü1,48 Mb.
#86981
növüMühazirə
1   ...   104   105   106   107   108   109   110   111   ...   116
M?hazir? M?vzu 1 F?lak?t t?bab?ti v? M?lki M?dafi? tibb xidm?tin

Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
87
MÖVZU 42
 
 
Sudaboğulma, elektrikvurma, ilanvurma, günvurma, torpaq sürüşməsi 
zamanı ilk tibbi yardım 
Sudaboğulma.
İnsan təsadüfən ya qəsdən suda batdıqda, xarici tənəffüs sisteminin anatomik 
tamlığının saxlanması fonunda atmosfer havası ilə qazlar mübadiləsinin kəsilməsinin pozulması 
nəticəsində baş verən patoloji vəziyyət sudaboğulma adlanır. Spazmın baş verməsi və psixi zərbə, 
qorxu, yaxud reflektor təsirdən ürək fəaliyyətinin dayanmasıdır. Sudaboğulmanın üç forması var: 
həqiqi, asfiktik və sinkopal. 
Tənəffüsün qısamüddətli dayanmasından sonra məcburi nəfəsalma nəticəsində su ağciyərlərə 
dolur. Tənəffüsün ritmi, dərinliyi dəyişir, hipokapniya tezliklə hiperkapniyaya keçir. Suda boğulma 
zamanı oksigen aclığından dəri, selikli qişalar sianotik rəng aldığından baş verən ölümə ―göy ölüm‖ 
deyilir.
Həqiqi sudaboğulma 3 dövrə bölünür: 
Başlanğıc dövr 
– boğulan şəxsdə huş, iradi hərəkətlər və suyun altında nəfəsalma aktını iradi 
saxlamaq qabiliyyəti hələ qalır. Bu halda xilas edilmiş şəxs oyanıqlıq halında, bəzən tormozlanma 
vəziyyətində olur. Zərərçəkmiş şəxsin dəri və gözlə görünən selikli qişaları göyümtül rəgdə olur, o 
titrəyir, tənəffüsü səthi, tezləşmiş, küylü olur. Qarnın yuxarı hissəsi köpür, bir müddətdən sonra mədə 
möhtəviyyatlı qarışıq udulmuş su qaytarılır. Ümumi zəiflik, baş ağrıları və öskürək qeyd olunur. 
Aqonal dövrdə 
- huş itir, tənəffüs və ürək fəaliyyəti saxlanılır. Dəri örtüyü soyuq, kəskin 
göyümtül rəngdə olur. Zərərçəkənin ağzından və burnundan çəhrayı rəngli köpüklü maye xaric olunur, 
tənəffüs fasiləli, nəfəsalma xarakterik seyrək, qıcolmalarladır. Ürək döyüntüləri zəif, seyrək, 
aritmikdir. Nəbz yalnız magistral arteriyalar (yuxu, bud) üzrərində ayırd edilir. 
Kliniki ölüm 
– dövründə bəbəklər genəlir, işığa qarşı reaksiya olmur, tənəffüs olmur, ürək 
fəaliyyəti dayanır. Bu dövr 3-5 dəqiqə davam edir. 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin