Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti
82
MÖVZU 40
Terminal vəziyyətlər. Göstərilən ilk tibbi yardım
Asfiksiya,
massiv qanitirmə, şok və s. bu kimi hallardan sonra insanlarda terminal vəziyyət baş
verir.
Həyatın ölümə keçid mərhələsinə
terminal vəziyyət deyilir. 3 mərhələdən ibarətdir.
Predaqonal dövr
– M.S.S fəaliyyətin pozulması dərinləşir. Orqanizmin müdafiə funksiyaları
nəticəsində nəbz tezləşir, tənəffüsün sayı çoxalır. Qısa bir müddətdə xəstə koma halına düşür: huş itir,
klonik və tonik qıcolmalar müşahidə olunur, patoloji reflekslər əmələ gəlir, bəbəklər genəlir, işığa
qarşı reaksiyası itir. Qan-damar sisteminin fəaliyyəti enir patoloji tənəffüs müşahidə olunur (Ceyn-
Stoks, Kusmaul) – bunlar hamısı beyin qabığının fəaliyyətinin sönməsini göstərir.
Aqonal dövr
- (canvermə dövrü) – arefleksiya,dərinin kəskin avazıması, tənəffüs hərəkətləri
çox zəif, əsasən köməkçi əzələlərinin iştirakı ilə baş verir. Nəbzi çox zəif olur. A/T təyin edilmir.
Klinik ölüm
– ürəyin tənəffüsün fəaliyyəti dayanır. Ətrafa sinir sisteminin reaksiyası itir. Bu
mərhələ bir neçə dəqiqə davam edir. Bu hal 5-6 dəqiqədən daha uzun müddət də ola bilər. Sonra beyin
qabığında proseslər baş verir klinik ölüm bioloji ölümə keçir.
Bioloji ölümün əlamətləri: İri arteriyaların boşalması, işığa qarşı reaksiyanın olması, buynuzlu
qişanın bulanması və refleksin olmaması, qeyri- ixtiyari sidik və nəcis ifrazı, ölüm ləkələrinin əmələ
gəlməsi.
Terminal vəziyyətlərin müalicə kompleksinə
reanimasiya tədbirləri deyilir:
Reanimasiya tədbirlərinin dərhal aparılması bioloji ölümün qarşısını ala bilər. Müşahidə olunan
həyat əlamətləri bunlardır:
1. Ağrıya qeyri-iradi reaksiya.
2. Aretriyaların üzərində nəbzin əllənməsi – yuxu arteriyası, bud arteriyası.
3. Tənəffüsün olması – döş qəfəsinin və qarının hərəkəti əsasında qoyulur.
4. Bəbəklərin işığa qarşı reaksiyasının olması
gözün birinin önünə əli tutub, bir qədər saxlayıb
qəflətən çəkirik – bu zaman bəbəkləri daralır.
5. Buynuz qışasının refleksinin olması (əl vuranda göz qırpılır). Bütün bunlar ölümün şübhəli
əlamətləri adlanır və təxirəsalınmaz reaksiya tədbirlərinin aparılmasını tələb edilir.
Dostları ilə paylaş: