Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə99/116
tarix08.03.2023
ölçüsü1,48 Mb.
#86981
növüMühazirə
1   ...   95   96   97   98   99   100   101   102   ...   116
M?hazir? M?vzu 1 F?lak?t t?bab?ti v? M?lki M?dafi? tibb xidm?tin

Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
80
MÖVZU 39
 
Donmalar, dərəcələri. Daban xəstəliyi. İlk tibbi yardım 
Soyuğun toxumalara uzun müddətli təsirindən əmələ gələn patoloji dəyişikliklərə donmalar 
deyilir. Donmalar ümumi və yerli olmaqla iki yerə bölünür: 
Ümumi donma
Soyuğun təsirindən termoregulyasiyanın adaptasion mexanizminin sıradan 
çıxması nəticəsində orqanizmin əsas fizioloji sistemlərinin funksiyası kəskin sürətdə pozulur. İnsana 
soyuq təsir etdikdə ilkin olaraq kompensator mexanizmlər işə düşür – periferik damarların spazmı, 
tənəffüsün dəyişməsi, taxikardiya, maddələr mübadiləsinin sürətlənməsi, qanın orqanizmdə qeyri-
bərabər bölünməsi gedir. Lakin hipotermiya dərinləşdikcə kompensator mexanizmlər sıradan çıxır və 
dekompensasiya fazasında mərkəzi sinir sisteminin funksiyası kəskin enir, ürək fəaliyyəti və tənəffüs 
zəifləyir. Ümumi donmanın gedişində üç mərhələ ayırd edilir: 
Yüngül formalı ümumi donmada 
– adinamik mərhələdə bədən temperaturu 35-33°C-ə 
qədər düşür və xəstədə bir sıra əlamətlər meydana çıxır: titrəmə, dərinin avazıması, qaz dərisinin əmələ 
gəlməsi, huşun bir qədər tormozlanması və bradikardiya. 
Orta ağırlıqlı formalı donmalarda 
– stuporoz mərhələdə bədən temperaturu 29-27°C-ə 
qədər enir. Xəstənin huşu kəskin sürətdə pozulur, xəstə keyləşir, kəskin yuxululuq halı baş verir. 
Adinamiya artır, stupor fonunda titrəmə olur. Dəri soyuq olub, kəskin avazıyır, yaxud göyümtül rəngə 
çalır. Tənəffüsün sayı azalır (bir dəqiqədə 8-12), arterial təzyiq enir və kəskin bradikardiya (nəbzin 
sayı bir dəqiqədə-52-32 olur) meydana çıxır. Beyin qan dövranının kəskin pozulması nəticəsində 
xəstədə görmə ilğımları meydana çıxır. 
Ağır formalı dənmalarda 
– qıcolma mərhələsində bədən temperaturu 25-22°C-ə qədər 
düşür. Huş itir, əzələ gərinliyi və çeynəmə əzələlərinin isə qıcolması (trizm) meydana çıxır. Bəbəklər 
daralır, qusma, qeyri-iradi sidik ifrazı, qıcolmalar olur. Xəstədə arterial təzyiq kəskin enir, yaxud təyin 
edilmir, tənəffüs səthi və seyrək (bir dəq-də 3-4-ə qədər), nəbzin sayı bir dəq-də 34-32-dək azalır. Qan 
dövranı və tənəffüsün dayanması nəticəsində ölüm baş verir. 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin