Septiki-toksemiya dövrü. Bu dövrü toksemiya dövründən fərqləndirmək çətin olur.
Rekonvalensensiya dövrü. Bu dövrdə bərpa prosesləri yaxşı nəzərə çarpır. Yanıq sahəsində
olan qartmaqlar qopur, irinləmə prosesi dayanır.
Təxirəsalınmaz yardım:
1. İlk növbədə termiki agentin təsiri dayandırılır.
2. Yanıqdan dərhal sonra (ilkin 20-30 dəq. ərzində) yanığın sahəsi 30%-dən çox olmazsa yanıq səthi
15-30 dəq. müddətində soyuq su ilə soyudulur. Bu ağrını, ödemin əmələ gəlməsini azaldır, həmçinin
toxumaları soyudur və dərin yanıqların baş verməsinin qarşısını alır.
Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti
79
3. Yanıq şokunun profilaktikası məqsədilə əzələ daxilinə, yaxud venaya narkotik və qeyri-narkotik
mənşəli analgetiklər (1-2 ml 2%-li analgin, 5 ml baralgin və s.) yeridilir. Ağır hallarda xəstəyə 1:1
nisbətli azot oksidi və oksigen qarışığı ilə inhalyasiya aparılır, neyroleptiklər vurulur (droperidol,
talamonal).
4. Yüngül və ağır yanıqlarda əzələyə, yaxud venaya antihistamin dərmanlar (2-3 ml 1%-li dimedrol,
pipolfen) vurulur.
5. Ağır yanıqlarda həmçinin, venadaxilinə steroid hormonlar da (100-150 ml hidrokortizon, 30-90
mq prednizolon, yaxud 8-12 mq deksametazon) yeridilir.
6. Yanıq səthinə quru, yaxud nəm aseptik sarğı (novokain, 0,1%-li rivanol, 0,2%-li furasilin, 3-5%-
li bor turşusu və s. məhlullarla isladılmış) qoyulur.
7. Xəstəyə içməyə çoxlu mineral sular, yaxud 1 L-ə 1-2 qr. çay sodası və 3-4 qr. xörək duzu
qatılmaqla adi su verilir.
8. Xəstəyə ürək-damar dərmanları yeridilir (0,5-1 ml. 0,005%-li strofantin, 2 ml. kordiamin, 2ml.
20% -li kamfora və s.).
9. Xəstə dərhal yanıq şöbəsinə göndərilir və yolda vena daxilinə damcı üsulu ilə 300 ml 5%-li
natrium hidrokarbonat, 400 ml poliqlükin, 250 ml ―Disol‖ yaxud ―Trisol" və digər məhlullar
köçürülür.
MÜALİCƏ - Yanıqların müalicəsi xəstəliyin bütün dövrlərində maksimum ehtiyatla
aparılmalıdır. Bu məqsədlə ağrıya qarşı mübarizədə düşünülmüş tədbirlər görmək lazımdır. İlk
növbədə şok əleyhinə tədbirlərə başlanılır. Sonra Vişnevski üsulu ilə hər iki tərəfə paranefral blokada
olunmalıdır. Ətrafların yanığı zamanı yanıq yerindən yuxarı futlyar blokada edilməlidir. Bu blokadalar
kapillyarların mənfəzini daraltdığı üçün plazmanın itkisini azaldır. Yanıq şoku zamanı xəstəyə morfi,
omnopon 1%-li məhlulundan 6 ml vurmaq olar. Bundan başqa ürək dərmanları da vurulmalıdır. Şok
ilə mübarizədə vena daxilinə qan, plazma, poliqlükin, reopoliqlükin, fizioloji məhlul, novokainin
0,25% məhlulu vurulmalıdır. Vurulan mayelərin dozaları aşağıdakı kimi olmalıdır:
Qan 250-500 ml, plazma 250-750 ml, poliqlükin və ya reopoliqlükin 500- 1000 ml, fizioloji
məhlul 1000-1200 ml, novokain 0,25%-li məhlulu 500-600 ml. Bütün bunlarla bərabər, xəstələrə nəm
oksigen verilir. Daxilə isti çay, duzlu su təyin edilir. Bütün yanıqlarda dəri altına tetanus əleyhinə
1500-3000 AE serum vurulmalıdır.
|