Bütün yanıqları toxumaların zədələnmə ağırlığından asılı olaraq dörd dərəcəyə bölürlər I dərəcə - dərinin hiperemiyaya uğraması
II dərəcə - suluqların əmələ gəlməsi
III dərəcə - bu, iki cür olur:III dərəcəli A yanığı zamanı dərinin səthi qatlarında nekroz baş verir; III
dərəcəli B yanığında nekroz dərinin bütün dərinliyini əhatə edir.
IV dərəcə -dəridən aşağı müxtəlif dərinlikdə yayılan toxumaların nekrozudur. Yanmış adamın
vəziyyətinin ağırlığı yanığın dərinliyi ilə bərabər yanıq sahəsinin bütövlüyündən də asılıdır. Bədən
səthinin 10%-ni əhatə edən yanıqlar yerli əlamətlərlə, 10%-dən çox sahəsini əhatə edən zaman uzun
müddətli əlamətlərlə özünü biruzə verir və yanıq xəstəliyi kimi özünü göstərir. Yanıq xəstəliyi ilk
növbədə xəstənin sinir sistemini pozur. Bu pozğunluq ən əvvəl yanıq nahiyyəsində sinir uclarının
qıcıqlanması nəticəsində baş verir.
Klinikası - Termiki yanığın diaqnozunu qoymaq çətinlik törətmir. Toxumaların zədələnmə
dərinliyini ölçmək və yanıq sahəsini müəyyən etmək üçün bir sıra üsullar vardır:
1. Ovucla ölçmək. Yaşlı adamın ovcunun sahəsi dəri örtüyünün ümumi sahəsinin təxminən 1-2%
-ni təşkil edir. Bu üsulla kiçik və böyük sahəli yanıqların sahəsi müəyyən olunur.
2. Doqquz qaydası üzrə ölçmək. Bu zaman başın və boyunun sahəsi bədənin bütün sahəsinin
9%-ə qədərini, bir yuxarı ətraf 9%, gövdənin ön və arxa səthi 18%, bir aşağı ətrafın səthi 18% təşkil
etdiyini nəzərə alırlar. Aralığın səthi isə 1%-i təşkil edir. Bu ölçü təxmini ölçü kimi qəbul edilmişdir.
Yanıq xəstəliyinin kliniki gedişinə görə şok, toksemiya, septika-toksemiya və rekonvalensensiya
(sağalma) dövrlərinə bölünürlər.
Şok dövrü - Yanıq travmatik şokun bir növüdür. Bu ağrı impulsların mərkəzi sinir sisteminə
külli miqdarda getməsi nəticəsində baş verir. Yanıq şokunun gedişini iki fazaya bölürlər: qısamüddətli
erektil və uzunmüddətli - torpid faza.
Erektil fazanın əsasını sinir sisteminin həddən artıq oyanması, torpid fazasının əsasını sinir
sisteminin tormozlanması təşkil edir.
Toksemiya dövrü - Bu dövr bir sutka ərzində baş verə bilər. Ağrı ilə bərabər ön plana
orqanizmin intoksikasiyası çıxır. Bu dövrdə zülal mübadiləsi ciddi pozulur. Toksemiyanın inkişafında
orqanizmdə suyun azalması da baş verir. Toksemiya dövrü yüksək temperatur ilə keçir. Nəbz sıx olur,
tənəffüs tezləşir, səthi olur, iştaha olmur. Çox vaxt yuxusuzluq, mədə bulanması, qusma baş verir.
Eritrositlərin və hemoqlobinin miqdarı yüksəlir. Leykositoz yüksək olur. Leykoformula sola meyilli
olur.