Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə96/116
tarix08.03.2023
ölçüsü1,48 Mb.
#86981
növüMühazirə
1   ...   92   93   94   95   96   97   98   99   ...   116
M?hazir? M?vzu 1 F?lak?t t?bab?ti v? M?lki M?dafi? tibb xidm?tin

Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
77
4. Nəql etmək üçün immobilizasiya aparmaq; 
5. Kəskin ürək çatışmamazlığı əlamətləri varsa 1ml 5% efedrin, 2 ml kordiamin vurmaq. Mümkünsə 
yaralıya əks göstəriş olmadıqda isti çay, qəhvə, araq (50-100 ml) verilir. Sakitlik yaradılır, isti paltara 
ya da odeyala bükürlər. 
Bu növ yaralılar zədə ocağından ilk növbədə təxliyyə olunurlar. Tibbi məntəqədə şok əleyhinə 
tədbirlər aparılır: 
1. İnfuzion terapiya - poliqlükin 400ml, qlükoza 20% -600ml. Ringer məhlulu. Bədənin hərarəti 
aşağı oldugundan məhlul isidilməli. 
2. Kortikosteroidlər – hidrokortizon 200-250 mq, prednizalon 60-90 mq. 
3. İnsulin 40v/20v, venadaxilinə qlukoza vurduqda 20v dərialtı. 
4. Novokain blokadası zədənin növündən asılı olaraq müəyyənləşdirir. 
5. Antihistanın preparatları – dimedrol, suprastin və başqaları. 
6. A/T normaya salmaq üçün kofein benzoatnatri yeridilir. 
7. Sidikqovucular laziks, furosemid vurulur. 


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
78
MÖVZU 38
 
Termiki yanıqlar 
Fəlakətlər zamanı ən çox rast gəlinən patoloji hallardan biri də yanıqlardır. Belə ki, zəlzələlər, 
torpaq uçqunları zamanı binaların dağılması nəticəsində elektrik naqillərində qısa qapanma baş 
verməsi, təbii qazın partlaması nəticəsində külli miqdarda əhali arasında müxtəlif dərəcədə yanıqlar 
baş verir. Termiki, kimyəvi, şüa enerjisinin təsiri nəticəsində dəri, dərialtı toxumaların və daxili 
üzvlərin zədələnməsi yanıqlar adlanır. 
Yüksək temperaturun təsirindən əmələ gələn yanıqlar termiki yanıqlar adlanır. Lakin bəzi 
yanıqlar kimyəvi maddələrin toxumalara göstərdikləri şiddətli təsir nəticəsində də əmələ gəlir. Belə 
yanıqlara kimyəvi yanıq deyilir.Termiki yanıqlar çox vaxt məişətdə, istehsalatda və xüsusilə müharibə 
vaxtı təsadüf edilir.Yanıqların təsnifatı. 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin