Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 15
sirenası küçələrdə qoyulmaq üçündür, səsi 300-700 metrdən eşidilir. S-28 sirenası isə sənaye
müəssisələrinin səs-küylü sexlərində qoyulur.
Beləliklə, bütün bu vasitələrdən istifadə etməklə rayonlarda, obyektlərdə təhlükə yarandığı vaxt
―Hamının diqqətinə!‖ xəbərdarlıq siqnalını əhaliyə çatdırmağın vahid sistemi yaradılır.
MM xəbərdarlıq siqnalları və əhalinin davranış qaydaları. ―Hamının diqqətinə!‖ bütün rabitə vasitələri işlək vəziyyətə gətirilir və şifahi elanı gözləyir.
―Hava həyəcanı!‖ işıq, qar, su, isidici cihazlar söndürülür, fərdi mühafizə vasitələri, apteçkə,
sənədlər, su və ərzaq ehtiyyatı götürülür. Hər ehtimala qarşı, qonşulara xəbərdarlıq olunur. Xəstə və
qocalara köməklik göstərilir. Küçəyə çıxmaq və yaxınlıqda yerləşən sığınacaqda gizlənmək. Əgər
sığınacaq hermetik deyilsə və yaxud gizlənməyə yer tapmaq mümkün olmayıbsa, onda fərdi mühafizə
kostyumu və əleyhiqazları geyinmək lazımdır.
―Hava həyəcanı qurtardı!‖ Sığınacaqlardan evlərə və iş yerlərinə qayıtmaq və növbəti mümkün
hücuma hazır olmaq.
―Radiasiya təhlükəsi!‖ Fərdi mühafizə vasitələrini (pambıq-bint maska) geyinmək və
sığınacaqda gizlənmək. İmkan olarsa qonşulara, qoca və xəstələrə yardım göstərmək, kənd təsərrüfatı
heyvanlarını qorumaq.
―Kimya həyəcanı!‖ Dərhal eleyhiqazlardan və qoruyucu geyimlərdən istifadə etmək. 1,5 qədər
uşaqları ―Uşaq mühafizə kamerası‖na yerləşdirmək və zədələnmə ocağından uzaqlaşdırmaq (MM
əməkdaşlarının rəhbərliyi və göstərişi ilə). Kimyəvi zədələnmə ocağını tərk edən kimi fərdi apteçkadan
antidot qəbul etmək (AU-2-taren; AU-4-asizol).
Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 16
MÖVZU 7 Fəlakət ocaqlarında yaralıların axtarılması və onlara ilk tibbi