Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti
13
dərəcədə mənfi təsir göstərən on milyondan artıq kimyəvi birləşmə tətbiq olunur.
Güclü təsirli
zəhərləyici maddələrdən xlor, ammonyak, zəhərli kimyəvi maddələr (xlorofos, dixlofos, karbofos və
s.) göstərmək olar. İçməli suyu zərərsizləşdirmək üçün güclü təsirli xlordan istifadə edirlər.
GTZM istehsalı, saxlama, tətbiqi və nəqli üzrə müəssisə, obyekt
və vasitələrində qəzalar
meydana gələndə onlar xarici mühitə yayılaraq kimyəvi zədələnmələr ocaqlarının yaranmasına səbəb
olurlar. Həmin ocaqlarda olan insanların bir hissəsi ZM-in letal dozasını aldıqda həlak olur, digər
hissəsi isə müxtəlif dərəcəli zəhərlənmələrə məruz qaldığına görə kəskin surətdə əmək qabiliyyətini
itirirlər.
5. Bakterial agentlər
- Ətraf mühitə bakterial agentlərin yayılması su təchizatı və
kanalizasiya sistemlərində sanitar-gigiyenik qaydalarına
riayət edilməməsi, qida sənayesi və ictimai
iaşə müəssisələrində iş prosesi texnologiyasının pozulması nəticəsində meydana gəlir.
Bu zədələyici amilin təsiri yoluxucu xəstəliklər törədən mikroblar yaxud onların həyat fəaliyyəti
nəticəsində əmələ gələn toksiki maddələr insan orqanizminə düşdükdən sonra təzahür olunur.
Yoluxucu xəstəliklərin törədiciləri xəstələrdən
sağlam adamlara hava, su, qida və təmas
(kontakt) yolu ilə keçərək epidemiyaların yaranmasına səbəb olurlar.
Yüksək kontagioz
yoluxucu xəstəliklərinə qrip, qızılca, difteriya,
təbii çiçək, taun, vəba,
tulyaremiya, dizenteriya və s. daxildir.
Dostları ilə paylaş: