M?hazir? M?vzu 1 F?lak?t t?bab?ti v? M?lki M?dafi? tibb xidm?tin
MM Qərargahlarının vəzifələri I.Dinc dövrdə:
1. MM planlarının hazırlanması və onun təhlil ( korrektirovka) edilməsi.
2. MM üzrə əhalinin hazırlığının təşkili.
3. Dinc dövrlərdə həyata keçiriləcək tədbirlərin təşkili və aparılması.
4. İdarəetmə, rabitə, xəbərdarlıq sistemlərini yaratmaq və onların fasiləsiz işləməsini təmin etmək.
II.FH-lar zamanı.
1. Rəhbər işçilərin, xidmət rəislərin, MM qüvvələrinin və bütün əhalinin yaranmış vəziyyət
haqqında xəbərdar edilməsi.
2. Xilasetmə işlərini keçirmək üçün MM qüvvə və vasitələrinin qruplaşmalarını təşkil etmək.
3. Kəşfiyyat və dozimetrik-kimya nəzarətini təşkil etmək.
4. Yaranmış vəziyyətdən nəticə çıxarmaq, vəziyyət barədə qonşu rayon və obyektləri xəbərdar
etmək.
5. Hərtərəfli təchizatı təşkil etmək.
6. Müxtəlif rejimin saxlanması və xidməti sirrin qorunması tədbirlərini həyata keçirmək.
Xəbərdarlığın təşkili - Mühafizə tədbirləri həyata keçirilərkən MM qüvvələrinə rəhbərlik üçün
MM idarəetmə sistemi yaradılır. Bu sistemin məqsədi hər cür şəraitdə tabelikdə olan qüvvə və
vasitələrin fəaliyyətə hazırlanmasını və əməli işlərinə daimi rəhbərliyi və nəzarəti təşkil etməkdir.
Rabitə-idarəetmə sisteminin tərkib hissəsidir və onun əsas vasitələrindən biridir.
Rabitə olmadan fasiləsiz və çevik idarəetmə mümkün deyil. Xüsusən FH yaranan dövrdə, çox
böyük əhəmiyyət kəsb edir. Rabitə sistemi işə daim hazır vəziyyətdə saxlanmalı, informasiyanın
etibarlı surətdə, fasiləsiz, dəqiq və tez çatdılırmasına imkan verməlidir. Buna nail olmaq üçün
idarəetmə məntəqələrində rabitə qovşaqlarını əvvəlcədən yaratmaq, bütün rabitə vasitələrindən
kompleks halında istifadə etmək, eləcədə rabitə vasitələrinin ehtiyyatlarını yaratmaq lazımdır.
Rabitə təşkili üçün radio-telefon (məftilli rabitə), səyyar və siqnalla rabitə vasitələrindən istifadə
olunur. Mərkəzləşmiş avtomat xəbərdarlıq sisteminin tərkibi S-40 və S-28 elektrik sirenalarından
məsafədən idarəetmə və məcburi çağırış aparaturasından və rabitə xətlərindən ibarətdir. S-40 – elektrik