Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 24
MÖVZU 11 Fərdi mühafizə vasitələri Əhalinin mühafizə qurğularında daldalanması, təhlükəli sahələrdən köçürülməsi ilə yanaşı,
adamların fərdi mühafizə vasitələrindən vaxtında və düzgün istifadə etməsi də cox vacib əhəmiyyətə
malikdir. Mühafizə vasitələrindən istifadə edilməsi lüzumu onunla izah edilir ki, nüvə silahı, kimyəvi
və ya bakterioloji silah işlədilərkən əhali o, cümlədən mülki müdafiə dəstələrinin şəxsi heyəti müəyyən
müddət radioaktiv maddələr (RM), zəhərləyici maddələr (ZM), yaxud bakterioloji vasitələrlə (BV)
zəhərlənmiş sahələrdə qalmalı, ya da burada xilasetmə işləri aparılmalıdır.
Fərdi mühafizə vasitələri funksiyalarına görə 3 qrupa bölünür: 1. Tənəffüs üzvlərinin mühafizəsi vasitələri
2. Dərinin mühafizə vasitələri
3. Fərdi tibbi mühafizə vasitələri.
Tənəffüs üzvlərinin mühafizə vasitələri - Tənəffüs üzvlərinin mühafizə vasitələrinə əleyhqazlar,
respiratorlar və əhalinin özü tərəfindən hazırlanan sadə vasitələr aiddir.
Əleyhqazlar- müasir əleyhqazlar adamın tənəffüs üzvlərini və gözlərini havadakı zəhərləyici
maddələrdən (buxar, duman, qaz, tüstü, ZM damcıları), radioaktiv maddələrin təsirindən, həmçinin
aerozol halındakı yoluxucu patogen mikroorqanizm və toksinlərdən mühafizə etmək üçün kifayət
dərəcədə yüksək qoruyucu vasitələrə və istismar göstəricilərinə malikdir. Əleyhqazların təcridedici və
süzücü növləri olur.
İP-4, İP-5 tipli təcridedici əleyhqazlar və ya təcridecici oksigen cihazları KİP-5, KİP-7, KİP-8
adamın tənəffüs üzvlərini ətrafdakı havadan tamamilə təcrid edir və nəfəs almaq üçün regenerativ
(bərpaedici) patrondan alınan, yaxud oksigen balonundan verilən oksigendən istifadə edir. Bu cür
əleyhqaz və cihazlar havada ZM-in, RM-in, karbon 2-oksidin konsentrasiyası çox yüksək olan hallarda
işlədilir. Çünki belə hallarda zəhərli maddələrin süzücü qutudan ―keçmək qorxusu yaranır‖ və süzücü
əleyhqaz etibarlı mühafizəni təmin edir.
Süzücü əleyhqazlar (ümumqoşun, mülki uşaq əleyhqazları) daha geniş yayılmışdır. Onların işi
içərisində fəallaşdırılmış kömür (katalizator) və aerozol əleyhinə (tüstü əleyhinə) süzgəclər olan
süzücü-uducu qutunun daxili qatlarından keçərkən zəhərli havanın süzülüb təmizlənməsi prosesinə
əsaslanır. Süzücü-uducu qutunun mühafizəedici qatları karbon 2- oksidi (dəm qazını) udub saxlaya
bilmir, buna görə də tənəffüs üzvlərinin karbon 2- oksiddən mühafizəsinin təmin edilməsi üçün xüsusi
(hopkalit) patrondan istifadə olunur.
Tabeldən kənar əleyhqazlara sənaye əleyhqazları, xüsusən kimya müəssisələrində işlədilən
əleyhqazlar aiddir. Bu əleyhqazların qutuları xüsusiləşdirilmiş, yəni müəyyən bir zəhərli maddədən
mühafizə üçün nəzərdə tutulmuşdur. Ona görə də qutunun tərkibində müxtəlif uducular və aerozol
süzgəcləri ola bilər.
Süzücü əleyhqazlar süzücü-uducu qutudan və üzlük hissədən ibarətdir. Əleyhqazların
komplektinə (dəstinə) çanta və tərləməyə qarşı plyonkalar olan qutucuq, yaxud əleyhqazın üzlük
hissəsindəki gözlüyün şüşələrini tərdən qoruyan xüsusi karandaş da daxildir.
QP-5 və QP-5M əleyhqazları kiçik ölçülü (QP-5 tipli) süzücü-uducu və şlem-maska tipli üzlük
hissə ilə komplektləşdirilir. QP-5 M əleyhqazlarının şlem maskasında membranlı qutu var (qutuda
danışıq tərtibatı yerləşdirilir). QP-5 və QP-5M əleyhqazının üzlük hissəsində birləşdirici boru olmur,
onlar bilavasitə süzücü-uducu qutuya birləşdirilir, şlem-maskalar 5 ölçüdə (membranlı şlem maskalar 4
ölçüdə ) buraxılır. Şlem-maskanın ölçüləri onun çənəaltı hissəsində rəqəmlə göstərilir.
QP-5 tipli əleyhqazın üzlük hissəsini seçərkən başı, kəllə, yanaqlar və çənəaltı hissədən keçən
dairəvi xətt nəzərə alınır. Alınan nəticəni 0,5 sm-ə qədər yuvarlaqlaşdırırlar. Alınan kəmiyyət 63 sm-ə
(membranlı şlem-maska üçün 61 sm-ə)qədər olarsa ―0‖ ölçülü; 63,5-65 sm-ə (61,5-dən 64 sm-ə) qədər
olarsa 1-ci; 65,5-68 sm-ə (64,5 dən 67 sm-ə) qədər olarsa, 3-cü; 71 sm-dən artıq olarsa, 4-cü ölçülü
şlem-maska lazımdır.
Qp-7 tipli əleyhqazlar iki növdə buraxılır: QP-7 və QP-7V. Bunlar bir-birindən üzlük hissələri ilə
fərqlənirlər. QP-7 əleyhqazı danışıq tərtibatı və suiçmə tərtibatı olmayan MQP tipli üzlük hissə ilə