Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti
28
2. Zəhərləyici qazlarla zəhərlənmələr əleyhinə vasitə ASİZOL 2-ci yuvacıqda sarımtıl yaşıl rəngli
penalda yerləşir. Dəm qazı (CO) ilə zəhərlənmələrdə, yanğınlar, həmçinin onların qarşısını alarkən,
tüstü ocağına daxil olmamışdan 20-30 dəqiqə əvvəl 1 kapsula qəbul olunur.
3. Fosforüzvi madddələrə (FÜM) qarşı vasitə PELİKSİMAL-85 3-cü yuvacıqda yerləşən boşluqlu
şpris-tübikdir. ―Xəbərdarlıq siqnalı‖ zamanı əzələ daxilinə yeridilir.
4. Şüalanma əleyhinə vasitə N 1 B alfa 1 adrenomimetik 4-cü yuvacıqda açıq çəhrayı rəngli penalda
yerləşir. Şüalanmaya qədər 15-20 dəqiqə ərzində qəbul edilir.
5. Şüalanma əleyhinə vasitə N 2 Kalium-yodid 5-ci yuvacıqda ağ rəngli penalda yerləşir.
Şüalanmaya qədər və ya şüalanmadan sonra ilk 30 dəqiqə ərzində 1 həb olmaqla: böyüklər 1həb,
uşaqlar 1/3 həb qəbul edilir.
6. Bakteriyaəleyhinə vasitə N 1 D-doksisiklin 6 –cı yuvacıqda rəngsiz penalda yerləşir. Bakterial
zəhərlənmə
və ya ona təhlükə olduqda, yaralanma və yanıqlarda su ilə qəbul edilir. 8
yaşa qədər
uşaqlara qadağandır. 8-12 yaşarası uşaqlar 1 kapsuladan sutkada 2 dəfə qəbul edilir.
7. Bakteriyaəleyhinə vasitə N 2 Siprofloksasin 7-ci yuvacıqda rəngsiz penalda yerləşir.
Şüalanmadan sonra baş verən mədə- bağırsaq pozğunluqlarında 1 həbdən sutkada 2 dəfə qəbul edilir.
Uşaqlara qadağandır.
8. FÜZ-ə qarşı ehtiyat antidot (antioksidant vasitə) 8-ci yuvacıqda qırmızı penalda yerləşir. Penalın
içindəkilər ―xəbərdarlıq siqnalı‖ zamanı qəbul edilir. (5-12 yaş arası uşaqlar 1 həb).
9. Qusma əleyhinə vasitə- Etaperazin şüalanmadan dərhal sonra 1 həb qəbul olunur (6yaşdan yuxarı
uşaqlara ½ həb).Mavi rəngli penalda yerləşir.