Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə30/116
tarix08.03.2023
ölçüsü1,48 Mb.
#86981
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   116
M?hazir? M?vzu 1 F?lak?t t?bab?ti v? M?lki M?dafi? tibb xidm?tin

Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
26
Hopdurulmuş pasta zəhərləyici maddə buxarlarını tutub saxlayan (adsorbsiya tipli) və ya buxarları 
neytrallaşdıran (hemosorbsiya tipli) kimyəvi maddələrdən ibarətdir.
ÜMK- Ümumqoşun mühafizə komplekti dərini təcridedici mühafizə vasitəsi olub, mühafizə 
plaşından, corablarından və əlcəklərdən ibarətdir.Adətən hopdurulmuş alt və üst paltarların üstündən 
geyinilir. L-1 rezinləşdirilmiş parçadan hazırlanan boşluqlu gödəkçədən, corablı şalvardan, ikibarmaqlı 
əlcəklərdən və şlemaltlıqdan ibarətdir. Dərini təcridedici mühafizə vasitələri havakeçirməyən 
materiallardan hazırlandığından onlarda qalmaq müddəti məhduddur (havanın t-dan asılı olaraq). 
Temperatur +30
0
C-dən artıq olduqda 15-20 dəq, 20-24
0
C-də 45 dəqiqəyə qədər, 15-19
0
C-də 2 
saata qədər, 15
0
C –dən aşağı 3 saatdan artıq. Tutqun və küləkli havada və kölgədə işləyərkən bu 
müddət 1,5 dəfə artırıla bilər. Bu vasitələr ZM-in yüksək konsentrasiyası şəraitində iş apararkən, 
habelə deqazasiya, dezaktivasiya və dezinfeksiya işləri yerinə yetirilərkən istifadə edilir. 
Dərini mühafizə edən əlaltı vasitələr kimi kipləşdirilmiş məişət, iş, idman paltarları və 
ayaqqabılarından, digər geyimlərdən istifadə oluna bilər. Fərdi mühafizə vasitələri üçün konkret 
saxlama müddətləri müəyyən edilmişdir. Belə ki, uşaq əleyhqazları üçün 10 il, İP-4 və İP-5 
əleyhqazları üçün 5 il, dərinin mühafizə vaistələri və respiratorlar üçün 3 il saxlama müddəti nəzərdə 
tutlmuşdur. 


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
27
MÖVZU 12 
 
Fərdi tibbi mühafizə vasitələri (FTMV) 
FTMV fövqəladə hallar vaxtı zədələnmiş əhalinin profilaktikası və ona tibbi yardım göstərmək 
üçün nəzərdə tutulmuşdur. Bu vasitələrin köməyi ilə zəhərlənmənin qarşısını almaq, yaxud onu xeyli 
dərəcədə zəiflətmək, bir sıra zədələyici amillərin (ionlaşdırıcı şüalanma, güclü zəhərlər, bakterial 
vasitələr) təsirinə qarşı orqanizmin dayanıqlığını (müqavimətini) artırmaq mümkündür. Bunlar 
radioprotektorlar, antidotlar (zəhərləyici dərman) və bakteriya əleyhinə maddələr, habelə qismən 
sanitariya təmizlənməsi vasitələri aid edilir. Bu vasitələrdən profilaktika və kütləvi qırğın silahlarının 
zədələnmələrində ilk tibbi yardımın göstərilməsi üçün istifadə olunur. 
Radioprotektorlar ionlaşdırıcı şüalanmanın təsir dərəcəsini zəiflədən maddələrə deyilir. Hazırda 
bunlardan ən çox istifadə ediləni sistamin adlı maddədir. MM dəstələrinin şəxsi heyəti radioaktiv 
zəhərlənmə zonasına girməzdən 30-40 dəqiqə əvvəl qəbul etməlidir.Orqanizmə keçən radioaktiv 
maddələrdən mühafizə üçün kompleks yaradan maddələrdən, adsorbentlərdən, kalium-yodid 
maddəsindən istifadə etmək olar ki, bunlar radioaktiv maddənin qana sorulmasının qarşısını alır və 
onların orqanizmdən tez çıxarılmasına imkan yaradır. 
Antidotlar (zəhər əleyhinə dərman) ZM-in təsirinin qarşısını alan və ya zəiflədən maddələrdir. 
Bunlar siniriflicedici (fosforlu üzvi) təsirli, sianid turşusuna və digər sianlara, luizitə və qıcıqlandırıcı 
ZM-ə qarşı antidotlardır. Fosforlu üzvi maddələr (FÜM) əleyhinə afin, taren, atropin və s., sianidlərə 
qarşı amil-nitrat, propilnitrat adlı, luizitə və arsen tərkibli digər maddələrə qarşı unital adlı antidotlar 
mövcuddur. Bu antidotlardan həm profilaktika, həm də ilk tibbi yardım vasitəsi kimi istifadə etmək 
mümkündür.
Bakteriya əleyhinə maddələr spesifik və qeyri-spesifik profilaktika vasitələrinə ayrılır. Spesifik 
profilaktika vasitələrinə zərdablar, vaksinlər, anatoksinlər və bakteriofaqlar aiddir. Qeyd etdiyimiz bu 
vasitələrin bəziləri fərdi aptekçədə cəmlənmişdir.
Tabel üzrə fərdi tibbi mühafizə vasitələrinə fərdi aptekçə, kimyəvi silah əleyhinə paket, fərdi 
sarğı paketi aiddir.
Fərdi sarğı paketinin içində 10 metr bint və yastıqca var. Yastıqçalardan biri fiksə olunmuş
digəri isə hərəkətlidir. Bu sarğı paketi yaralanmalar, yanıqlar və bəzi növ qanaxmaların 
dayandırılmasında habelə pnevmotorakslarda okkulizion sarğı kimi də istifadə oluna bilər. 
Kimyəvi silah əleyhinə paket gözə və selikli qişalara düşməmək şərti ilə dərinin açıq hissələri və 
geyimlərin üzərinə düşmüş damcı-maye buxar şəkilləri RM, KM və bakterial vasitələrdən natamam 
sanitar təmizlənməsi üçün nəzərdə tutulub. Bu paket içərisində hər cür ZM-i zərərsizləşdirmək üçün 
universal deqazasiya xassəli 200ml maye olan şüşə flakon və 4 ədəd pambıq tənzif salfetdən ibarətdir. 
Bir sıra ZM xüsusən fosforlu üzvi maddələr, hətta fiziki zədələnməsi olmayan dəri örtüyündən bədənə 
sürətlə sorula bildiyi üçün deqazasiyanın səmərəliliyi zəhərlənmədən sonra sanitar təmizlənməsinə 
başlanması müddətindən bilavasitə asılı olur. Qismən sanitartəmizlənməsi ZM-dən mühafizə 
edilməmiş dəri örtüyü üçün son dərəcə vacibdir. 
Fərdi aptekçə Aİ-4 profilaktika və ya ilk tibbi yardım, eyni zamanda ZM, RM və BV-lərin 
təsirini aradan qaldırmaq və ya təsirini azaltmaq üçün istifadə olunur. Aİ-4 tərkibində qadağan 
olunmuş preparatlar olan köhnə vasitələri əvəz etmək üçün hazırlanmışdır. Hal-hazırda Aİ-4 daha 
müasir və effektiv farmpreparatlarla təchiz olunub. Aİ-4 bu günün tələblərinə cavab verərək həm 
ehtiyat halında qala, həm də fəaliyyətdə olan xilas edici dəstələr tərəfindən istifadə oluna bilər. Aİ-4 9 
sm x 10 sm x 2 sm ölçüdə narıncı rəngli plastik materialdan hazırlanmış kiçik qutudur. Qutunun xarici 
səthində istehsalçının adı qeyd olunub. Daxilində dərmanlar olan yuvacıqlar, dərmanlar olan penallar, 
təlimat vərəqi var. İstehsalçı və vasitə haqqında məlumat olan polietilen paketdir (qablaşmada olur).

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin