Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 33
aqreqat sığınacaq otaqlarının havasını dəyişmək, bayırdan içəri verilən havanı radioaktiv, kimyəvi və
bakterial maddələrdən təmizləmək üçündür.
Sığınacaqda qorunanların rahatlığı üçün lazımi şərait yaradılmalıdır: Uzanmaq üçün iki-üç
mərtəbəli taxtlar, aşağıda isə oturacaqlar düzəldilməlidir. Oturacaqların sayı qorunanların 80% -ni,
taxtların sayı isə ikimərtəbəli variantda 20%-ni , üçmərtəbəli variantda 30%-ni əhatə etməlidir.
Sığınacaqlar 3 rejimdə işləyir: 1. Təmiz ventilyasiya rejimi, yəni hava xaricdən alınaraq tozdan təmizlənib içəri ötürülür.
2. Süzgəcli ventilyasiya rejimi, yəni hava süzgəcdən keçirilməklə içəri vurulur.
3. Tam təcrid rejimi, yəni içəridəki karbon qazı qarışıqlı hava oksigen balonlarının köməyi ilə bərpa
olunur və istifadə üçün geri qaytarılır.
Bayırda temperatur 25
0
C-dən yuxarı olan zonalarda sığınacaqlarda havanı normada saxlamaq
ücün soyuducu qurğularının köməyindən istifadə olunmalıdır.
Adamlar ―Hava həyəcanı‖ siqnalı veriləndə sığınacaqlara daxil olurlar. Bu iş son dərəcə qısa
müddətdə cəld görülməli, hec bir çaxnaşmaya, təşvişə yol verilməməlidir. Hər kəs özü ilə bir qədər
azuqə və su ehtiyyatı götürməlidir. Mühafizə qurğularında daldalananlar daxili qaydalara ciddi riayət
etməli, xidmət manqası üzvlərinin tövsiyyələrini danışıqsız yerinə yetirməlidirlər. Bu cür sığınacaqlar
adamların orada müəyyən müddət qala bilməsini təmin etməlidir. Bundan əlavə onlar daldalanan
adamları zərbə dalğasının təzyiqindən də müəyyən dərəcədə qorumalıdır.
Sadə daldalanacaqlar Fövqəladə vəziyyətlərdə əsas mühafizə qurğuları çatışmadıqda qısa müddət üçün adamların cox
cəmləşdikləri yerlərdə (köçürmə üzrə toplanış məntəqələri və stansiyalarında, müəssisələrin,
məktəblərin həyətində və yaşayış məhəllələrində) sadə daldalanacaqlar düzəldilir. Bu daldalanacaqlar
adamları işıq şüalanamsından mühafizəsini təmin edir. Həmçinin nüvə partlayışı zamanı ionlaşdırıcı
şüalanmanın və zərbə dalğasının təsirini xeyli zəiflədir. Bunlar yarğanlardan, səngərlərdən, habelə
zirzəmilərdən və qazılaraq dərinləşdirilmiş digər teztikilən müvəqqəti daldalanma yerlərindən
ibarətdir. Məsələn, üstüaçıq xəndək zərbə dalğasının təsirini 1,5-2 dəfə, şüalanma dərəcəsini 2-3 dəfə
zəiflədir. Üstüörtülmüş və damının torpaq qatı 60-70 sm-ə çatdırılmış xəndək isə nüfuzedici radiasiya
və radioaktiv şüalanmanı təsirini 200-300 dəfə zəiflədə bilər. Lakin yadda saxlamaq lazımdır ki, hətta
örtülü səngərlərdə belə, kimyəvi və bakterioloji vasitələrin təsirindən fərdi mühafizə vasitələri olmadan
qorunmaq mümkün deyil. Sadə daldalanacaqlar əsas yardımcı mühafizə vaistələridir. Sadə
daldalanacaqların tikintisinə əhalinin özü cəlb edilir. Belə daldalanacaqlar adətən 10-15 nəfərlik olur.
(ən çox 50 nəfərlik). Sadə daldalanacaqların hündürlüyü 1,8 metr, eni aşağıdan 0,8 metr, yuxarıdan
1,1-1,2 metr olmalıdır və oturmaq üçün hər adama 0,6 metr enində sahə düzəldilməlidir. Sadə
daldalanacağa bir və ya iki tərəfdən qapı qoyulur. Daldalanacaq üçün elə yer, ərazi seçilir ki, subasma
təhlükəsi olmasın Sadə daldalanacaqlar bir-birindən ən azı 10 metr aralı olmalıdır.