Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə41/116
tarix08.03.2023
ölçüsü1,48 Mb.
#86981
növüMühazirə
1   ...   37   38   39   40   41   42   43   44   ...   116
M?hazir? M?vzu 1 F?lak?t t?bab?ti v? M?lki M?dafi? tibb xidm?tin

Yandırıcı silahlar - Adi qırğın vasitələrinin bir növü də yandırıcı silahlardır. Yandırıcı silahların 
əsasını yandırıcı maddələr və onları tətbiq etmək üçün vasitələr təşkil edir. 
Yandırıcı maddələrin növləri: 
1. Neft məhsulları əsaslı yandırıcı maddələr (Napalmlar) 
2. Metallar əlavə edilmiş yandırıcı maddələr (Pirogellər) 
3. Termit və termit əsaslı yandırıcı maddələr 
4. Adi və plastik fosfor
5. Qələvi metallar (natrium və kalsium). 
6. Öz-özünə alışan trietilen alüminium. 
Ən çox yayılmış yandırıcı maddələrdən neftəsaslı yandırıcı maddələrdir (napalm). 
Napalm 90-98% benzindən və 3-10% qatılaşdırıcıdan alınır. Qatılaşdırıcılar naften, polimetin və 
oleyn turşuların alminium duzlarından ibarətdir. Napalm sözü naften və polimetin sözlərinin ilk iki 
hərfindən alınmışdır. Yandırıcı maddələrin açıq havada öz-özünə alışması üçün onlara natrium
maqnium və yaxud fosfor əlavə olunur.
Profillər neft əsaslı yandırıcı maddələrə (napalma) maqnium, alminium tozlarını və yaxud 
yanıqlarını, kömür tozu, asfalt və s. maddələr əlavə olunmaqla alınır. Onun yanma hərarəti 1600ºS-yə 
bərabərdir. 
Pirogellər başqa yandırıcı maddələrdən fərqli olaraq, sudan ağırdırlar. 1-3 dəqiqə ərzində 
yanırlar, insanların dərisinə və paltarlarına düşdükdə dərin yanıqlar əmələ gətirirlər. 
Napalm yandırıcı maddəsi nəm səthlərə yapışır və alışır. 1000-1200ºC hərarətilə 5-10 dəqiqə 
müddətində yanır. O, sudan yüngül olduğundan suyun üzündə üzür və yanğın ocağını söndürməyi 
çətinləşdirir, yüksək hərarətlə yanır, sıyıqlaşır və çatlardan (deşiklərdən) binaların, qurğuların, texniki 
vasitələrin içərisinə keçir. 1qr yanan maye mühafizə olunmamış dəriyə düşdükdə insan ağır xəsarət 
alır. 
Termit və termit əsaslı yandırıcı maddələr dəmir-oksidi ilə alminium oksidinin qarışığından 
ibarətdir. Bu qarışığa oksidləşdirici və birləşdirici maddələr əlavə olunur. Onlar yandıqda istilik 
3000ºC-yə çata bilər. Bu temperaturda metallar əriyir, beton və kərpic isə çatlayır dağılır. 



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin