Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə43/116
tarix08.03.2023
ölçüsü1,48 Mb.
#86981
növüMühazirə
1   ...   39   40   41   42   43   44   45   46   ...   116
M?hazir? M?vzu 1 F?lak?t t?bab?ti v? M?lki M?dafi? tibb xidm?tin

I zəif zəlzələ: 
1 bal (hiss edilməyən ) –cihazlar yer titrəyişini qeydə alsalar da, insanlar bunu hiss etmir. 
2 bal (çox zəif) – binaların yuxarı mərtəbələrində yaşayan insanlar yüngül titrəyiş hiss edir. 
3 bal (zəif) – bir çox insanlar titrəyişi hiss edir. 
4 bal (mülayim) – zəlzələni əsasən hamı hiss edir, şüşələr silkələnir. 
II güclü zəlzələ: 
5 bal (xeyli güclü) – yatmış insanların çoxu ayılır, çilçıraqlar yerlənir, qapı və divarların cırıltısı hiss 
edilir. 
6 bal (güclü) - binalar tərpənir, divarların suvağında çatlar əmələ gəlir, mebellər silkələnir.
7 bal (çox güclü) – hamı hiss edir, bir çoxları qorxudan küçəyə qaçır, divarlardan asılmış tabellər 
düşür, suvaq parçaları qopub tökülür. 
III dağıdıcı zəlzələ:
8 bal (dağıdıcı) – karnizlər, tüstü sobaları düşür, divarlarda ara çatları əmələ gəlir və qismən dağılır, 
antiseysmik tikililər salamat qalır, çayların sahillərində sürüşmələr baş verir, heykəllər yerindən 
tərpənir və ya aşır. 
9 bal (viranedici) – binaların divarları və üst örtükləri dağılır. 
10 bal (məhvedici) – Yer səthində 1m-dək enində çatlar əmələ gəlir, daş tikililər dağılır, boru 
kəmərləri qırılır, ağaclar yıxılır. 
11 bal (fəlakət) – dağlarda böyük uçqunlar olur, çoxlu uçurum və sürüşmələr baş verir, dəmiryol 
relsləri əyilir və yerindən tərpənir.
12 bal (güclü fəlakət) – Yer səthində böyük dəyişikliklər baş verir. Şəlalələr, süni göllər, nohurlar 
əmələ gəlir. Çayların məcrası dəyişir. Heç bir tikinti davam gətirmir. Bitki və heyvanlar uçqunlar 
nəticəsində məhv olur. 
Dağıdıcı xarakterinə görə zəlzələnin təsiri nüvə partlayışı zamanı zərbə dalğasının təsirinə 
bənzəyir. Zəlzələlər əsasən dağlıq rayonlarda baş verir. Respublikamız seysmik cəhətdən narahat 
regiondur. 


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
37
11 bal gücündə zəlzələ 1139-du il 30 sentyabrda Gəncədə baş vermişdir. 230 min insan tələf 
olmuşdur, Kəğəz dağı uçmuş və Ağsu çayının yolunu tutmuşdur. Bunun nəticəsində Göygöl və daha 
yeddi göl əmələ gəlmişdir. Gəncə zəlzələsi insan ölmünün sayına görə beş ən dəhşətli zəlzələlər 
siyahısına daxildir. 
Qasırğa
- Atmosferdə müxtəlif hava axınları nəticəsində yaranan təhlükələrdən ən başlıcası 
güclü küləklər və intensiv yağıntılardır. Küləyin dağıdıcı təsiri onun sürətindən asılı olur və şərtli 
olaraq 12 ballıq şkala ilə ölçülür. 12ball,35 km/san – artıq qasırğadır, onun dağıdıcı gücü həm küləyin 
sürətindən, həm də yağıntının şiddətindən, həm də ərazinin xüsusiyyətlərindən asılıdır. 
Məsələn, qasırğa düzənliklər üzərində yaranır. Birdən birə şiddətlənən qasırğa nəticəsində on 
minlərlə hektar sahələrdə əkinlər məhv olur, ov və təsərrüfat tikililəri dağılır, nəqliyyatın işi pozulur, 
elektrik xətləri zədələnir. İnsan həyatı üçün ciddi təhlükə yaranır. 
Sel
– davamlı leysan yağışları, yaxud qarın sürətlə əriməsi nəticəsində çaylarda yaranan güclü 
palçıq-çınqıl axınlarından ibarətdir. Sel axını yolu üstündəki hər şeyi dağıdır, torpaqları yararsız hala 
salır, xalq təsərrüfatlarına ziyan vurur, hidrotexniki qurğuları sıradan çıxarır, körpüləri, rabitə və 
elektrik xətlərini dağıdır. Qurbanlarının sayı yüzlərlə hesablanır. Respublikamızın ərazisini aşağıdakı 
sel təhlükəli rayonlara ayırmaq mümkündür: 
1. Böyük Qafqaz dağlarının cənub və şimal-şərq yamacları; 
2. Kiçik Qafqaz dağlarının şimal – şərq yamacları; 
3. Naxçıvan Muxtar Respublikası; 
4. Talış dağları. 
Daşqın
-çayların adi səviyyədən artıq daşması nəticəsində ərazinin müvəqqəti olaraq su altında 
qalmasına deyilir. Bundan başqa, fəlakət nəticəsində (diversiya, zəlzələ) torpaq bəndləri yarılarsa, 
geniş sahələrdə fəlakətli daşqın və ya subasma zonaları yarana bilər. Azərbaycan ərazisində fəaliyyətdə 
olan əsas 4 su qovşağı (Mingəçevir, Araz, Şəmkir, Sərsəng) və 6 su hövzəsi (Arpaçay, Ağstafaçay, 
Vayxır, Ceyranbatan, Yuxarı Xanbulaq, Xaçınçay) strateji obyekt sayılır. Qeyd olunan su qovşağı və 
su hövzələrinin törədə biləcəyi fəlakətli subasma zonalarının ümumi sahəsi 20 km
2
-dir və nəticə 
etibarilə orada 1125 min əhali evsiz-eşiksiz qalar, xalq təsərrüfatlarına isə küllü miqdarda ziyan dəyər. 
Bundan əlavə, nəzərə alsaq ki, Respublika ərazisinin böyük bir hissəsi, Bakı və Sumqayıt kimi iri 
şəhərlər də daxil olmaqla, Xəzər dənizi sahilində yerləşir, onun suyunun səviyyəsinin 1,5 m-dən çox 
qalxması, Xəzər ətrafı zonalarda böyük problemlər yarada bilər. Bakı və Sumqayıtda bir çox 
müəssisələrin , yaşayış məntəqələrinin su altında qalması adamların həyatı üçün təhlükə yaradır. 



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin